Keçmiş vəzifəli şəxs ata evində öldü

img

25-01-2026 [11:18]


Cəlilabadda keçmiş vəzifəli şəxsin meyiti tapılıb.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, rayon sakini 1976-cı il təvəllüdlü Rəşad Salmanovun meyiti atasının evində aşkarlanıb.

Onun Bakıda yaşadığı və bir müddət əvvəl ata evinə gəldiyi deyilir.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, R.Salmanov uzun müddət Cəlilabad rayon Təhsil Şöbəsində mühasib, Mədəniyyət Şöbəsinin müdiri vəzifəsində çalışıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA