Serdal Adalı: "TFF bu adamı vəzifəsindən uzaqlaşdıra bilmir!"

Serdal Adalı: \"TFF bu adamı vəzifəsindən uzaqlaşdıra bilmir!\"

İDMAN

Bugün, 09:17

"Beşiktaş"ın prezidenti Serdal Adalı "Alanyaspor" matçındakı hakim qərarlarından sonra TFF rəsmiləri ilə görüşdükdən sonra açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bunları deyib:

""Fənərbağça" bunu ötən həftə yaşadı, bu həftə biz də yaşadıq. Gələn həftə başqası da yaşayacaq. İki ildir ki, "hakimləri yenilədik, hakimlər komandası yaratdıq, onları yetişdirdik" və sair deyirlər. Bu adam orada qaldıqca heç nə dəyişməyəcək. Çünki mentalitet dəyişmir. Bu andan etibarən problemimizi izah edə biləcəyimiz yalnız bir nəfər qalıb. Mən görüş təyin edib bu məsələləri Cənab Recep Tayyip Erdoğana təqdim edəcəyəm. Bütün klubların taleyi cahil bir insanın dodaqları arasında qalacaq. Bunu gözləməməlidirlər! TFF prezidenti və rəhbərliyi bu adamı vəzifəsindən uzaqlaşdıra bilmir! Onun arxasında başqa bir gücü var."

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR