Sabiq səfirin adının hallandığı məhkəmə işi: Elnur İbrahimov yenidən həbs olunub
SİYASƏT
16.01.2026, 14:09
Ramiz Mehdiyevi özünə “ağsaqqal” elan etmiş sabiq səfir Elmira Axundovanın yaxın adamı, xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinən Elnur İbrahimov yenidən həbs olunub.
Mia.az Musavat.com xəbər verir ki, həbs qərarı bu gün, yanvarın 16-da Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilib. Məhkəmə hökmünü icra etmədiyinə, mülki iddia üzrə ödənişdən qəsdən yayındığına görə Elnur İbrahimov məhkəmə zalında qandallanıb. O, cəmiyyətdə “8 milyonluq dələduzluq işi” kimi tanınan, sabiq səfir Elmira Axundovanın adının hallandığı qalmaqallı cinayət işində fiqurantlardan biridir. Cinayət işi materiallarında Elmira Axundovanın səs yazıları, həmçinin Elnur İbrahimovun onun evinə günaşırı 5 min manat göndərməsini təsdiqləyən, indiyədək hüquqi qiymət verilməmiş sübutlar mövcuddur. Bugünkü məhkəmə prosesində hakim Elnur İbrahimovdan xüsusilə külli miqdarda vurduğu zərəri niyə ödəmədiyini soruşub. İbrahimov bunu “imkansızlığı” ilə əsaslandırmağa çalışıb. Hakim isə iş materiallarında onun Elmira Axundovanın oğlu Həbib Axundova 55 min manat ödədiyini təsdiqləyən sənədin olduğunu xatırladıb. Bu sənəd borclu Elnur İbrahimovun real ödəmə qabiliyyətinə malik olduğunu açıq şəkildə göstərir. Elnur İbrahimov həmin sənədin “formal və şablon xarakterli” olduğunu iddia edərək bildirib ki, guya nə o, Həbib Axundova 55 min manat verib, nə də Həbib Axundov bu pulu ondan qəbul edib. Beləliklə, vaxtilə Bakı Apellyasiya Məhkəməsinə Həbib Axundov tərəfindən təqdim edilən və onun cəzasının yüngülləşdirilməsinə səbəb olan “ödəmə ərizəsinin” faktiki olaraq yalan üzərində qurulduğu üzə çıxıb.
Hakim icra məmurunun mövqeyinə də ciddi iradlar bildirib. Azərbaycan Respublikası adından çıxarılmış hökmün icra edilməməsinin icra məmurunun qeyri-adekvat və qərəzli mövqeyi ilə bağlı olduğunu xüsusi vurğulayıb.
Qeyd edək ki, Elnur İbrahimov 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluqda təqsirli bilinib. Məhkəmə həmçinin mülki iddiaçı Fərman Məmmədova Elnur İbrahimovun 513 min manat zərər ödəməli olduğunu da hökmdə qeyd edib. Həmin hökmə əsasən, bu ödəniş 5 gün ərzində həyata keçirilməli idi. Reallıq isə tam fərqlidir: hökmün çıxarılmasından təxminən 10 il keçməsinə baxmayaraq, Elnur İbrahimov bu günədək icradan qərəzli şəkildə yayınıb.
Əvəzində, Elnur İbrahimov mülki iddiaçı olmayan Həbib Axundova 55 min manat ödəyib. Bu fakt onun real ödəmə qabiliyyətini, eyni zamanda Fərman Məmmədova aid hökm hissəsinin qərəzli şəkildə icrasından yayındığını açıq şəkildə sübut edir. Bu arqumentlər Fərman Məmmədov tərəfindən Nəsimi Rayon Məhkəməsinə təqdim edilən rəsmi şikayət ərizəsində əksini tapmışdı. Mülki iddiaçı borclu Elnur İbrahimovun bu hərəkətlərinə görə cəzalandırılmasını xahiş etmişdi. Lakin Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynov təqdim edilən sənədləri araşdırmayıb, onları elektron məhkəmə sisteminə yükləməyib. Daha da pisi, Həbib Axundova edilən 55 min manatlıq ödəniş ümumiyyətlə nəzərə alınmayıb. Qanuna görə, tərəflərin məhkəməyə təqdim etdiyi bütün sənədləri icraat materiallarına əlavə etməli, elektron sistemə yükləməlidir. Elnur İbrahimovun işində isə sənədlər seçmə üsulu ilə formalaşdırılıb. Mülki iddiaçı Fərman Məmmədovun təqdim etdiyi sübutlar Nəsimi Rayon Məhkəməsində faktiki olaraq “yoxa çıxıb”. Bu artıq texniki səhlənkarlıq deyil, şüurlu şəkildə icra materiallarının natamam təqdim olunmasıdır. Bakı Apellyasiya Məhkəməsinin hakimi Aqil Musayev məhkəməyə təqdim olunan sənədləri diqqətlə araşdırıb və Elnur İbrahimovun həbsinə qərar verib.
Bu qalmaqallı işin kökü 2013-cü ilə gedib çıxır. Elmira Axundova deputat olduğu dövrdə oğlu Həbib Axundovu yaxın çevrəsində iş adamı kimi təqdim edib. Dubaydan gətiriləcək dəftərxana ləvazimatları adı altında böyük gəlir vəd olunub. Bu yolla Axundovanın ailə dostlarından ümumilikdə 8 milyon manat yığılıb. Lakin realda bu “biznes” kağız üzərində qurulmuş sxemdən başqa bir şey olmayıb. Dələduzluq sxemi ifşa edildikdən sonra zərərçəkənlər hüquq-mühafizə orqanlarına müraciət edərək Həbib Axundovun adını çəkiblər. Elmira Axundova prosesə müdaxilə edərək zərərçəkənləri “pullar qaytarılacaq” vədləri ilə sakitləşdirməyə çalışıb. Sonrakı mərhələdə isə “günah keçisi” kimi Elnur İbrahimov ön plana çıxarılıb. 2013-cü ilin avqustunda Həbib Axundov Elnur İbrahimovu Qəbələdə yerləşən “Qafqaz Resort” hotelində Elmira Axundova ilə görüşdürüb. Bir neçə gün sonra Elnur İbrahimov arvadı Nərgiz İbrahimova ilə birgə gizli şəkildə Gürcüstan sərhədini keçərək ölkəni tərk ediblər və Rusiyada zərərçəkənlərin pulları hesabına yaşayıblar. İnterpol xətti ilə axtarışda olan Elnur İbrahimov yalnız 2016-cı ildə Moskvada saxlanılaraq Azərbaycana gətirilib. İş üzrə məhkəmə baxışı zamanı Prezident Administrasiyasından hakim Rahib Salmanova Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, “ağsaqqalım, yalnız sizin oxumağınız üçündür” qeydi ilə göndərilmiş donos-məktubu təqdim olunub. Məktub Prezident Administrasiyasında 15244 nömrə ilə qeydiyyata alınıb və Ramiz Mehdiyev tərəfindən hakimə yönləndirilib. Bu isə faktiki olaraq məhkəməyə təzyiq mexanizmi kimi qiymətləndirilir. Hakim Rahib Salmanov məktubdan sonra iş materiallarındakı Elmira Axundovanın səs yazılarına, oğlu Həbib Axundovun prosesdə iştirakını təsdiqləyən sübutlara hüquqi qiymət vermədən onların üzərindən sükutla keçib. Nəticədə işdə vasitəçi olan Elnur İbrahimov 9 il müddətinə azadlıqdan məhrum edilib, zərərçəkənlərdən yalnız Fərman Məmmədovun mülki iddiası təmin olunub. Paradoks ondadır ki, Elnur İbrahimov həbsdə olduğu müddətdə mülki iddiaçı Fərman Məmmədova bir manat belə ödəməyib, əvəzində mülki iddiaçı olmayan Həbib Axundova 55 min manat qaytarıb. Bu fakt onun ödəmə qabiliyyətinə malik olduğunu və məqsədli şəkildə hökmün icrasından yayındığını açıq göstərir. Mülki iddiaçı Fərman Məmmədov ona vurulmuş ziyanın tam şəkildə ödənilməsini tələb edir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Zelenski Rusiyada daha 16 hədəfin vurulduğunu açıqladı: "Biz bununla ölkəmizə hücum potensialını azaltmağa çalışırıq"
Bugün, 17:15 DÜNYA
-
“Bu “aferist”lərin əlinə düşməyin” – Tanınmış aktrisa “Kontakt Home”u rüsvay elədi
Bugün, 17:07 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında - FOTOLAR
Bugün, 16:59 GÜNDƏM
-
Azərbaycan və Özbəkistan: tarixi yaxınlıqdan strateji müttəfiqliyə - TƏHLİL
Bugün, 16:44 SİYASƏT
-
Ali Koç Fransanın tarixi komandasını satın alır
Bugün, 16:39 İDMAN
-
Kanadalı müğənni reklam üçün belə poza verdi - FOTO
Bugün, 16:29 ŞOU-BİZNES
-
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında - FOTOLAR
Bugün, 16:25 GÜNDƏM
-
Şakarişvili: "Azərbaycan-Özbəkistan əməkdaşlığının genişlənməsi..."
Bugün, 16:05 SİYASƏT
-
Özbəkistan Prezidenti Mehriban Əliyevanı təbrik edib - MƏTN
Bugün, 15:56 GÜNDƏM
-
Sabahdan Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Bugün, 15:27 GÜNDƏM
-
MKİ RƏHBƏRİ MOSKVAYA GƏLDİ: kəşfiyyatçılar nələri müzakirə edir? - Kreml sözçüsü həm gizli səfərdən, həm də Ermənistandakı son durumdan danışdı
Bugün, 15:20 GÜNDƏM
-
Pərvin Salahova yenə müdir təyin olundu
Bugün, 15:14 PRESS
-
10-cu sinif şagirdlərinin elektron yerdəyişmə prosesə başlayır
Bugün, 15:14 GÜNDƏM
-
AAYDA-da görünən və ya görünməyən oyunlar - Vüsal Nəsirli Saleh Məmmədovun kadrları ilə dil tapdı
Bugün, 14:43 GÜNDƏM
-
Aftandil İsrafilovun villası satışa çıxarılıb? - Qızından açıqlama
Bugün, 14:25 CƏMİYYƏT
-
Mustafa Məhəmməd yenidən Türkiyə liqasına gəlir
Bugün, 14:11 İDMAN
-
Elşad Xose evə buraxılıb
Bugün, 13:57 CƏMİYYƏT
-
81 yaşlı deputatdan evlənmə xəbərinə reaksiya: "Nə Gülnarə Şıxəliyevadan boşanmışam, nə də üçüncü dəfə ailə..." (YENİLƏNİB)
Bugün, 13:49 SİYASƏT
-
Deputat Kəmaləddin Qafarovun “Azəri Med”lə əlaqəsi və ya 3 ildə 150 milyon manatdan çox iri satınalma müqavilələri...
Bugün, 13:21 İQTİSADİYYAT
-
ERMƏNİSTANIN DAHA BİR KEÇMİŞ PREZİDENTİ İSTİNTAQA CƏLB EDİLDİ (Yenilənib)
Bugün, 13:13 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:54 CƏMİYYƏT
-
Türkiyənin daha bir şəhərində zəlzələ oldu - 4.1 bal gücündə
Bugün, 12:54 GÜNDƏM
-
Bu universitetdə prorektor vəzifəsi ləğv edildi - Müşavir təyinatı
Bugün, 12:33 CƏMİYYƏT
-
"Qalatasaray"ın ulduzu "Yeraltı"nın baş rol ifaçısının adını itinə qoydu - Keçmiş sevgilisinə replika, yoxsa... (FOTO)
Bugün, 12:24 ŞOU-BİZNES
-
Müğənni Könül Kərimovanın adının hallandığı qalmaqal - Məhkəmə prosesi
Bugün, 12:24 MƏDƏNİYYƏT
-
Pakistanda xəstəxana yanıb: 15 körpə ölüb
Bugün, 12:19 DÜNYA
-
Sabiq nazir: "Sonralar bizi də Maliyyə Nazirliyindən gəlib yoxladılar, dedilər ki, siz səhv edirsiz"
Bugün, 12:04 CƏMİYYƏT
-
Deputatdan Eldar Əzizovun açıqlamasına reakisya: “Bakıya 200 milyard dollar yatırılıbsa, pullar hara gedib?”
Bugün, 11:56 SİYASƏT
-
Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - FOTO
Bugün, 11:45 KRİMİNAL
-
Laçın şəhərində "İkinci həyat" sərgisi açılıb
Bugün, 11:29 MƏDƏNİYYƏT
-
MÜDAFİƏ NAZİRİ SƏRHƏDƏ GƏLDİ, TÜRKİYƏ VƏ SURİYANI TƏHDİD ETDİ: "Bu vəziyyətə laqeyd qalmayacağıq və..."
Bugün, 11:00 SİYASƏT
-
"Belə böyük nailiyyətə imza atması xüsusi sevinc və qürur doğurur" - Prezident "Sabah"ı təbrik etdi
Bugün, 10:54 GÜNDƏM
-
“20-dən çox sakinin yolunu bağlayıb ev tikirlər...” - Polkovnik-leytenant şikayət edir
Bugün, 10:48 CƏMİYYƏT