Delsi Rodrigez Maduronu milli qəhrəman elan etdi: "ABŞ-da girov saxlanılan iki qəhrəmanımız..."

img

14-01-2026 [12:18]


"İllərdir böhran yaşanan səhiyyə sektoru üçün xüsusi bir plan üzərində işləyirik. Neft və təbii qaz sektorundan Venesuelaya daxil olan hər bir dollarından ölkənin səhiyyə sisteminin ehtiyaclarınə vəsait ayrılacaq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez deyib.

O bildirib ki, ABŞ-ın Venesuelanın xam neft satışlarını qeyri-müəyyən müddətə nəzarət edəcəyi həqiqətdir: "Biz əsas blokadadan çıxaraq, neft satışından əldə edilən gəliri ölkəmizin təməl ehtiyacına və inkişafına xərcləməyi düşünməliyik. Hazırda 75 səhiyyə mərkəzimiz var ki, orada çox pis vəziyyət var. Onları ayağa qaldırmalıyıq".

Rodrigez sonda əlavə edib ki, ABŞ  həbs edilən sbaiq prezidenti və arvadını azad etməlidir: "ABŞ-da girov saxlanılan iki qəhrəmanımız - Prezident Maduro və həyat yoldaşı Siliya Floresin qaçırılmasından sonra dərin kədər hissi ilə bu vəzifəni (Prezident-mia.az) buradayam".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 14.01.2026

Sabah qar yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA