Sənan Şahbəndəyev yeni vəzifəyə təyin olunub

img

08-01-2026 [14:53]


Biləsuvar Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilən gömrük xidməti polkovniki Sənan Şahbəndəyev yeni vəzifəyə təyin olunub.

Mia.az xəbər verir ki, dünən tutduğu vəzifədən azad edilən S.Şahbəndəyev Sumqayıt Gömrük İdarəsinə rəis müavini təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Dövlət Gömrük Komitəsi tərəfindən Biləsuvar Gömrük İdarəsində keçirilmiş əməliyyat tədbirləri zamanı külli miqdarda qaçaqmal faktları aşkar edilmişdi. Məhz bundan sonra idarə rəisinin vəzifədən azad edilməsi ilə bağlı qərar verilmişdi(bakipost).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA