"Azərsun"un şəkər tozu: şirinliyi niyə yoxdur? - VİDEO

img

07-01-2026 [21:01]


"Azərsun" şirkətinin istehsalı olan şəkər tozunun dadı (şirinliyi) çıxmır.

Mia.az xəbər verir ki, bu barədə sosial mediada şikayətlər artıb.

Məsələn, Fariz Eyvazov adlı şikayətçi TikTok-da "Azərsun"un istehsalı olan "Azərşəkər" şəkər tozunun keyfiyyətsizliyindən şikayətlənib: "Bundan 6 qaşıq çaya tökdüm, şirinliyi yoxdur. Maraqlıdır, niyə?! Çox keyfiyyətsiz şəkər tozudur. Özü də adlı-sanlı "Azərsun"un istehsalıdır..."

Maraqlıdır ki, sosial media istifadəçinin bu paylaşımına yazılann bütün şərhlər tənqidi xarakterli olub.

Məsələ ilə bağlı şirkətin mövqeyini dinləməyə hazırıq.

Qeyd edək ki, "Azərsun şirkəti Azərbaycanda şəkər istehsalı sahəsində əsasən "Azərbaycan Şəkər İstehsalat Birliyi" adı altında fəaliyyət göstərir. Şirkət İmişli Şəkər Zavoduna sahibdir.

Şirkətin rəsmi saytında isə bildirilir ki, istehsal boyunca heç bir kimyəvi qatqılardan istifadə edilmir və bütün proseslər qapalı formada tam avtomatlaşdırılmış rejimdə aparılır.

Şirkətin PR işlərini əsasən yalnız öz "şəbəkələr"inə "xidmət" göstərən  PR şirkətləri aparır.

Mövzuya qayıdacağıq!

Firudin Səfərli

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA