Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir

Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir

İDMAN

26.12.2025, 18:22

"Şaxtyor Donetsk"in baş məşqçisi Arda Turan "Fənərbağça"da forma geyinən keçmiş komanda yoldaşını sükanı arxasında olduğu komandaya gətirmək istəyir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, sentyabrda "Benfika"dan 22 milyon avroya "Fənərbağça"ya keçən Kerem Aktürkoğlunun transferi üçün klub rəhbərliyindən xahiş edib. 

Məlumata görə, bundan sonra ukraynalı menecerlər Kerem Aktürkoğlunu yaxından izləməyə başlayıblar.

Xatırladaq ki, 27 yaşlı futbolçu İstanbul komandasında 19 matçda 5 qol vurub,  3 məhsuldar ötürmə verib.

Fərid 

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR