İndoneziyada sel: ölənlərin sayı 174-ə çatıb - 74 nəfər isə itkin düşüb

İndoneziyada sel: ölənlərin sayı 174-ə çatıb - 74 nəfər isə itkin düşüb

DÜNYA

28.11.2025, 17:33

İndoneziyada şiddətli yağış daşqın və torpaq sürüşməsinə səbəb olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  bu barədə yerli hökumət məlumat açıqlayıb.

Bildirilib ki, şiddətli yağışların yaratdığı daşqın və torpaq sürüşməsində ölənlərin sayı 174-ə yüksəlib: "Hazırda əlverişsiz hava şəraiti davam edir. Ölənlərin sayı arta bilər. Xüsusilə Şimali Sumatrada və Açehdə böyük dağıntılar var. Zərərin miqdarı çox böyükdür"

Məlumatda deyilir ki, indiyə qədər 74 nəfərin irkin düşməsi barədə xəbər var: "Onların axtarış-xilasetmə işləri davam edir".

Tahir Şəlvəli
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR