Sakurajima Vulkanı püskürdü - Kül 4,4 kilometrə yüsəlib

Sakurajima Vulkanı püskürdü - Kül 4,4 kilometrə yüsəlib

DÜNYA

17.11.2025, 09:30

Yaponiyanın cənubundakı Kaqoşima Körfəzindəki yarımadada yerləşən məşhur Sakurajima Vulkanı ətrafa qorxu saçıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, püskürən vulkan 4,4 kilometr yüksəliyə çatıb.

Yaponiya Meteorologiya Agentliyindən bildirilib ki, püskürməa ölüm və ya xəsarətlərə yol açmayıb: "Püskürmədən sonra vulkanda fəaliyyətlər davam edir və ətraf prefekturalara potensial tüstü və kül barədə xəbərdarlıq edilib. Bəzi təyyarə uçuşları dayandırılıb".

Məlumatda əhaliyə vulkana yaxıən olan 3 km-dək ərazilərə getməməklə bağlı xəbərdarlıq olunub.

Lamiyə Əhmədli
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR