HƏMAS: "Biz savaş istəmirik, atəşkəsə sadiq qalacağıq"

img

29-10-2025 [00:24]


 "Biz savaş istəmirik, atəşkəsə sadiq qalacağıq"

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözlər HƏMAS-ın İsrailin atəşkəsi pozması ilə bağlı yaydığı bəyanatda deyilir.

HƏMAS bəyanatında qeyd edib ki, Refahda İsrail hərbçilərinə onlara bağlı döyüşçülər tərəfindən atəş açılmayıb: "İsrailin müharibəni başlamaq üçün bəhanə etdiyi hadisə ilə HƏMAS və oan bağlı döyüşçülərin hər hansı bir əlaqəsi yoxdur. Biz ABŞ-ın irəli sürdüyü və vasitəçi ölkələrin təminat verdiyi anlaşmaya sadiq qalacağıq. Bunu bir daha dünyaya elan etməyi borc bilirik"

Xatırladaq ki, bu gün Baş nazir Netanyahu Misirlə sərhəddəki Rəfahdal hərbçilərinə atəş açılmasından sonra Qəzzanın bombalanmasına əmr verib.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA