Millimizin üzvü dava saldı, stadionun şüşəsini sındırdı - VİDEO

img

15-10-2025 [14:20]


Azərbaycan U-21 millisinin Avropa çempionatının seçmə mərhələsində ötən gün Şotlandiyaya qarşı keçirdiyi oyundan sonra dava düşüb.

“Qafqazinfo” Sport1.az saytına istinadən xəbər verir ki, buna səbəb şotlandların qapıçısı və müdafiəçisinin millimizin ehtiyat oyunçular skamyasına tərəf gələrək qeyri-etik jestlə sevinməsi olub.

Final fitindən sonra “Sabah”ın üzvü Xəyal Əliyev buna görə onların üzərinə hücum çəkib. Digər futbolçuların müdaxiləsindən sonra isə ara sakitləşib. Amma sakitləşməyən X.Əliyev “Dalğa Arena”nın pəncərələrindən birinin şüşəsini sındırıb.

Qeyd edək ki, Xəyal Əliyev matçda 2 qolla yadda qalıb və qarşılaşma 3:3 hesabı ilə başa çatıb.

Həmin görüntüləri təqdim edirik:

 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA