BİR AYN İÇİNDƏ 4 FƏRQLİ ÇOĞRAFİYADA SAMMİT: İlham Əliyev və yüksələn Azərbaycan... - TƏHLİL
15-10-2025 [17:12]
2025-ci ilin oktyabr ayında, Azərbaycan diplomatiya tarixinin ən aktiv dövrlərindən birinə şahidlik etdi. Belə ki, Prezident İlham Əliyev bu ay ərzində artıq dörd fərqli coğrafiyada baş tutan sammitlərə qatıldı. Bu, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və çoxşaxəli xarici siyasətinin bariz göstəricisidir.
Azərbaycan Prezidenti 1–2 oktyabr tarixlərində Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirak etdi. Belə yüksək səviyyəli toplantıda təmsil olunmaq, son illərdə Avropa ölkələrinin Azərbaycana artan marağının və dövlət başçısına göstərilən hörmətin nəticəsidir. Tədbir zamanı Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətlərinin inkişafı və regional sabitlik məsələlərində Avropa üçün əhəmiyyətli tərəfdaş olduğu bir daha nümayiş etdirildi.
6–7 oktyabrda isə Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammiti ölkəmizin türk dünyasında inteqrasiya prosesinə verdiyi töhfənin ifadəsi oldu. Sammitin məhz Azərbaycanda təşkili ölkənin türk dünyasında mərkəzi aktor rolunu gücləndirməklə yanaşı, Qarabağ zəfərindən sonra formalaşan yeni regional reallıqlar fonunda türk dövlətlərinin həmrəyliyini möhkəmləndirmək məqsədi daşıyırdı.
9–10 oktyabrda Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Prezident Əliyevin iştirakı Azərbaycanın postsovet məkanındakı proseslərdən kənarda qalmadığı və bu məkan daxilində də strateji maraqlarını qoruduğu mesajını verdi. MDB formatı Bakının Moskva ilə balanslı münasibətlər qurması və regional təhlükəsizlik mühitinə təsir imkanları istiqamətində mühüm platforma olaraq çıxış edir.
Nəhayət, 12 oktyabrda Misirin Şərm əl-Şeyx şəhərində keçirilən “Sülh Forumu”nda iştirak ölkəmizin Yaxın Şərqə yönəlik yeni xarici siyasət kursunun təzahürü kimi diqqət çəkdi. Burada Prezident Əliyev yalnız iştirakçı deyil, həm də mövqe sahibi və vasitəçi imici ilə çıxış edirdi. Forumda ABŞ, Avropa, ərəb ölkələri və İsrail kimi müxtəlif siyasi qütblərin təmsilçiləri ilə yanaşı Azərbaycanın da fəal iştirakı ölkəmizin qlobal diplomatiyada artan rolunu bir daha təsdiqlədi.
Rəsmi Bakının Yaxın Şərqdə fəallaşan siyasəti xüsusilə təqdirəlayiqdir. Bu regionda uzun illərdir davam edən münaqişələr, məzhəb və etnik qarşıdurmalar fonunda Azərbaycanın həm ərəb ölkələri, həm də İsrail ilə balanslı münasibətlər qurması nadir nümunədir. Ölkəmizin bu unikal tarazlığı qorumaqla yanaşı, tərəflər arasında dialoq imkanlarını təşviq edir. Bu mövqe, xüsusilə HƏMAS–İsrail qarşıdurmasının kəskinləşməsi fonunda daha da əhəmiyyət qazanır.
ABŞ, ərəb ölkələri və İsrailin eyni zamanda etibar etdiyi tərəfdaş olmaq Azərbaycanın neytral mövqedən çıxış edərək diplomatik vasitəçilik imkanlarını genişləndirməsinə şərait yaradır. Misirdə keçirilən Forumda Prezident İlham Əliyevin çıxışları bu rolu daha da gücləndirməklə yanaşı, Azərbaycanın humanitar və siyasi təşəbbüslər irəli sürə biləcək qlobal aktora çevrildiyini göstərdi.
Oktyabr ayı ərzində dövlət başçısının müxtəlif sammitlər çərçivəsində keçirdiyi ikitərəfli görüşlər də ölkənin diplomatik fəallığının bariz göstəricisidir. Fransa Prezidenti Emmanuel Makron, Rusiya Prezidenti Vladimir Putin, eləcə də Avropa İttifaqı liderləri ilə baş tutan görüşlər, Bakının müxtəlif güc mərkəzləri ilə paralel və balanslı əlaqələr qurmaq strategiyasını nümayiş etdirir.
Azərbaycan bu görüşlər fonunda balanslaşdırılmış xarici siyasətini qorumaqla yanaşı, öz milli maraqlarını da qətiyyətlə müdafiə edir. Xüsusilə Avropa İttifaqı ilə enerji və nəqliyyat sahələrində əməkdaşlıq, Rusiya ilə təhlükəsizlik məsələləri, Fransa ilə isə son dövrlərdə yaşanan gərginliklərə rəğmən həyata keçirilən təmaslar Azərbaycanın açıq, müstəqil və dialoqa əsaslanan diplomatiyasının nümunəsidir.
Bu gün Azərbaycan artıq təkcə enerji ixracatçısı və nəqliyyat-logistika qovşağı deyil, həm də siyasi sabitlik adası və etibarlı dialoq platforması kimi qəbul olunur. Bu mövqe isə beynəlxalq təşkilatlarda – xüsusilə BMT, İƏT, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatında ölkənin daha fəal təmsil olunmasına zəmin yaradır.
Hesab edirəm ki, Prezident İlham Əliyevin bir ay ərzində dörd müxtəlif strateji bölgədə – Avropa, türk dünyası, MDB və Yaxın Şərqdə keçirilən sammitlərdə iştirakı Azərbaycanın çoxşaxəli və çoxformatlı xarici siyasət kursunun uğurla həyata keçirildiyini sübut edir. Bu dinamika Azərbaycanın regional liderlikdən qlobal aktorluğa keçid prosesində olduğunu aydın şəkildə göstərir. Rəsmi Bakı müxtəlif platformalarda fəal iştirak və yüksək səviyyəli görüşlərlə həm dialoqun təşəbbüskarı, həm də regional və qlobal sabitliyin təminatçısı kimi çıxış edir.
Daha geniş mənada bu proses Azərbaycanın gələcəkdə daha çox beynəlxalq təşəbbüslərin mərkəzində yer alacağını, həm geosiyasi, həm də diplomatik baxımdan etibarlı tərəfdaş kimi qəbul edilməyə davam edəcəyini göstərir.
Turan Rzayev
MİA.AZ
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb