Partiya sədri: "30 ildir müxalifət düzəldib ayaqda saxladığı partiyalar..." - "Məni Ramiz Mehdiyevn media, məmur və siyasi ayaqları maraqlandırır"

img

15-10-2025 [11:47]


"Dövlət çevrilişimə cəhdin iqtisadi, hərbi (hüquq mühafizə), media, məmur və siyasi ayaqları olur. Ümid edirəm ki, hökumət bunu bilir, Mehdiyevə belə ağır ittiham verilibsə, mütləq bu ayaqlar, Azərbaycandakı xırda, Şimaldakı iri başa xidmət edən qulbeçələr də üzə çıxacaq - bu belə olmasa, çox qeyri-ciddi şərait yaranacaq, dövlət adlanan instituta xələl gələcək".

Mia.az xəbər verir ki, bu sözləri ReaL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, onu siyasi ayaq maraqlandırır: "30 ildir müxalifət düzəldib ayaqda saxladığı partiyalar, adamlar siyasi səhnəni necə zəhərlədiklərini görmüşük, bu xidmətçilər mütləq üzə çıxmalıdırlar. Onların Azərbaycana vurduqları ziyan, bu hökumətin gətirdiyi bəlalardan heç də az olmayıb. İllərdir sifarişlə rol alıb oynayıblar, bu oyunlar bitməlidir...".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA