GDU-da “Robototexnika və STEAM: İnnovativ texnologiyaların inkişafında fənlərarası yanaşma”
mövzusunda elmi seminar keçirildi - FOTOLAR
15-10-2025 [13:49]
Gəncə Dövlət Universitetinin (GDU) Fizika və texniki fənlər fakültəsinin “ÜTF və texnologiya” kafedrasında “Robototexnika və STEAM: İnnovativ texnologiyaların inkişafında fənlərarası yanaşma” mövzusunda elmi seminar keçirilib.
Mia.az xəbər verir kii, “ÜTF və texnologiya” kafedrasının müdiri, dosent Elçin Cavadov çıxış edərək Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibova universitetdə yaradılan elmi mühitə görə seminar iştirakçıları adından təşəkkürünü bildirib.
Elçin Cavadov çıxış edərək təqdim olunan mövzunun aktuallığından, eləcə də STEAM təhsilinin əhəmiyyətindən danışdı və qeyd edib ki, GDU-da STEAM laboratoriyası da fəaliyyət göstərir, bu laboratoriya müasir avadanlıqlarla təchiz olunub.
Daha sonra qeyd edib ki, fənlərarası yanaşmanın əsas üstünlüyü – şagird və tələbələrin yalnız nəzəri biliklərə deyil, praktiki və yaradıcı bacarıqlara da yiyələnməsini təmin etməsidir: "Robototexnika bu baxımdan ideal bir vasitə olaraq çıxış edir. O, riyaziyyat və fizika kimi dəqiq elmlərlə yanaşı, texnologiya və dizayn sahələrini də bir araya gətirərək tələbələrdə real problemlərin həllində kompleks düşünmə imkanı yaradır...".
“ÜTF və texnologiya” kafedrasının baş müəllimi Elçin Məmmədov öz çıxışında təqdim olunan mövzu ətrafında geniş məlumat verib.
Seminarın məqsədi STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) təhsil modeli çərçivəsində robototexnika sahəsinin imkanlarını araşdırmaq, müxtəlif fənlərin inteqrasiyasının innovativ yanaşmalar yaratmadakı rolunu müzakirə etmək olmuşdur.
İştirakçılarda ağıllı ev sistemləri, ekoloji sensorlarla təchiz olunmuş robotlar, eləcə də süni intellektlə idarə olunan qurğular haqqında verilən məlumatlar xüsusilə maraq doğurdu. İştirakçılar fənlərarası əməkdaşlığın, problem əsaslı təhsilin və komanda işinin innovasiya yaratmaqda nə qədər önəmli olduğunu bir daha vurğuladılar. Bu kimi seminarlar təhsil sistemində keyfiyyətin artırılması və gənc nəslin rəqəmsal dünyaya inteqrasiyası baxımından mühüm addımlardır.
Seminarda kafedranın professor-müəllim heyəti, tələbələr, eləcə də digər kafedraların əməkdaşları da iştirak etmişdir. Seminar zamanı iştirakçılar robototexnika layihələrinin hazırlanması, proqramlaşdırma bacarıqlarının inkişaf etdirilməsi və yaradıcı düşüncənin təhsildə tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparmışlar.
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib
SOYUQ SAVAŞ GERİ DÖNÜR - Çin "Üçüncü Cəbhə”ni yenidən açıb, 15 milyon səfərbər olunub
Azərbaycan – etibarlı tərəfdaş, potensial təhlükə... (TƏHLİL)
Sabunçunun bu ərazilərində işıq olmayacaq
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO