Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunub

img

15-10-2025 [16:46]


Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Mia.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında qurumun sədr müavini Rövzət Qasımov, katiblər Arifə Muxtarova və Mikayıl Rəhimov müvafiq qərarları təqdim ediblər.

MSK-nın müvafiq qərarlarına əsasən, 44 saylı Sumqayıt 3-cü,117 saylı Oğuz-Qəbələ-Şəki, 60 saylı Quba-Qusar, 62 saylı Kürdəmir, 65 saylı Salyan-Biləsuvar-Neftçala, 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər, 102 saylı Şəmkir şəhər, 76 saylı Lənkəran-Masallı, 108 saylı Ağstafa seçki dairəsinin dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Qərarlar ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA