BİR AYN İÇİNDƏ 4 FƏRQLİ ÇOĞRAFİYADA SAMMİT: İlham Əliyev və yüksələn Azərbaycan... - TƏHLİL
SİYASƏT
15.10.2025, 17:12
2025-ci ilin oktyabr ayında, Azərbaycan diplomatiya tarixinin ən aktiv dövrlərindən birinə şahidlik etdi. Belə ki, Prezident İlham Əliyev bu ay ərzində artıq dörd fərqli coğrafiyada baş tutan sammitlərə qatıldı. Bu, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və çoxşaxəli xarici siyasətinin bariz göstəricisidir.
Azərbaycan Prezidenti 1–2 oktyabr tarixlərində Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirak etdi. Belə yüksək səviyyəli toplantıda təmsil olunmaq, son illərdə Avropa ölkələrinin Azərbaycana artan marağının və dövlət başçısına göstərilən hörmətin nəticəsidir. Tədbir zamanı Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətlərinin inkişafı və regional sabitlik məsələlərində Avropa üçün əhəmiyyətli tərəfdaş olduğu bir daha nümayiş etdirildi.
6–7 oktyabrda isə Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammiti ölkəmizin türk dünyasında inteqrasiya prosesinə verdiyi töhfənin ifadəsi oldu. Sammitin məhz Azərbaycanda təşkili ölkənin türk dünyasında mərkəzi aktor rolunu gücləndirməklə yanaşı, Qarabağ zəfərindən sonra formalaşan yeni regional reallıqlar fonunda türk dövlətlərinin həmrəyliyini möhkəmləndirmək məqsədi daşıyırdı.
9–10 oktyabrda Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Prezident Əliyevin iştirakı Azərbaycanın postsovet məkanındakı proseslərdən kənarda qalmadığı və bu məkan daxilində də strateji maraqlarını qoruduğu mesajını verdi. MDB formatı Bakının Moskva ilə balanslı münasibətlər qurması və regional təhlükəsizlik mühitinə təsir imkanları istiqamətində mühüm platforma olaraq çıxış edir.
Nəhayət, 12 oktyabrda Misirin Şərm əl-Şeyx şəhərində keçirilən “Sülh Forumu”nda iştirak ölkəmizin Yaxın Şərqə yönəlik yeni xarici siyasət kursunun təzahürü kimi diqqət çəkdi. Burada Prezident Əliyev yalnız iştirakçı deyil, həm də mövqe sahibi və vasitəçi imici ilə çıxış edirdi. Forumda ABŞ, Avropa, ərəb ölkələri və İsrail kimi müxtəlif siyasi qütblərin təmsilçiləri ilə yanaşı Azərbaycanın da fəal iştirakı ölkəmizin qlobal diplomatiyada artan rolunu bir daha təsdiqlədi.
Rəsmi Bakının Yaxın Şərqdə fəallaşan siyasəti xüsusilə təqdirəlayiqdir. Bu regionda uzun illərdir davam edən münaqişələr, məzhəb və etnik qarşıdurmalar fonunda Azərbaycanın həm ərəb ölkələri, həm də İsrail ilə balanslı münasibətlər qurması nadir nümunədir. Ölkəmizin bu unikal tarazlığı qorumaqla yanaşı, tərəflər arasında dialoq imkanlarını təşviq edir. Bu mövqe, xüsusilə HƏMAS–İsrail qarşıdurmasının kəskinləşməsi fonunda daha da əhəmiyyət qazanır.
ABŞ, ərəb ölkələri və İsrailin eyni zamanda etibar etdiyi tərəfdaş olmaq Azərbaycanın neytral mövqedən çıxış edərək diplomatik vasitəçilik imkanlarını genişləndirməsinə şərait yaradır. Misirdə keçirilən Forumda Prezident İlham Əliyevin çıxışları bu rolu daha da gücləndirməklə yanaşı, Azərbaycanın humanitar və siyasi təşəbbüslər irəli sürə biləcək qlobal aktora çevrildiyini göstərdi.
Oktyabr ayı ərzində dövlət başçısının müxtəlif sammitlər çərçivəsində keçirdiyi ikitərəfli görüşlər də ölkənin diplomatik fəallığının bariz göstəricisidir. Fransa Prezidenti Emmanuel Makron, Rusiya Prezidenti Vladimir Putin, eləcə də Avropa İttifaqı liderləri ilə baş tutan görüşlər, Bakının müxtəlif güc mərkəzləri ilə paralel və balanslı əlaqələr qurmaq strategiyasını nümayiş etdirir.
Azərbaycan bu görüşlər fonunda balanslaşdırılmış xarici siyasətini qorumaqla yanaşı, öz milli maraqlarını da qətiyyətlə müdafiə edir. Xüsusilə Avropa İttifaqı ilə enerji və nəqliyyat sahələrində əməkdaşlıq, Rusiya ilə təhlükəsizlik məsələləri, Fransa ilə isə son dövrlərdə yaşanan gərginliklərə rəğmən həyata keçirilən təmaslar Azərbaycanın açıq, müstəqil və dialoqa əsaslanan diplomatiyasının nümunəsidir.
Bu gün Azərbaycan artıq təkcə enerji ixracatçısı və nəqliyyat-logistika qovşağı deyil, həm də siyasi sabitlik adası və etibarlı dialoq platforması kimi qəbul olunur. Bu mövqe isə beynəlxalq təşkilatlarda – xüsusilə BMT, İƏT, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatında ölkənin daha fəal təmsil olunmasına zəmin yaradır.
Hesab edirəm ki, Prezident İlham Əliyevin bir ay ərzində dörd müxtəlif strateji bölgədə – Avropa, türk dünyası, MDB və Yaxın Şərqdə keçirilən sammitlərdə iştirakı Azərbaycanın çoxşaxəli və çoxformatlı xarici siyasət kursunun uğurla həyata keçirildiyini sübut edir. Bu dinamika Azərbaycanın regional liderlikdən qlobal aktorluğa keçid prosesində olduğunu aydın şəkildə göstərir. Rəsmi Bakı müxtəlif platformalarda fəal iştirak və yüksək səviyyəli görüşlərlə həm dialoqun təşəbbüskarı, həm də regional və qlobal sabitliyin təminatçısı kimi çıxış edir.
Daha geniş mənada bu proses Azərbaycanın gələcəkdə daha çox beynəlxalq təşəbbüslərin mərkəzində yer alacağını, həm geosiyasi, həm də diplomatik baxımdan etibarlı tərəfdaş kimi qəbul edilməyə davam edəcəyini göstərir.
Turan Rzayev
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakı–Tbilisi–Bakı sürət qatarı: vaqonların sayı artırlldı, qiymətlər isə... - MƏBLƏĞLƏR
Bugün, 15:00 GÜNDƏM
-
İcra başçısının nümayəndəsi bələdiyyə sədrinın başına butulka atıb - “Ciyər axşamı”nda dava düşüb
Bugün, 13:31 CƏMİYYƏT
-
Haqqında şok iddialar səsləndirilən rektor Məleykə Abbaszadənin yerinə hazırlaşır? - "DİM sədri olacağımla bağlı iddialar..."
Bugün, 13:19 CƏMİYYƏT
-
Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib - Nələr müzakirə olunub? + FOTOLAR
Bugün, 12:54 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:27 GÜNDƏM
-
Anar Ələkbərov: "İnanıb dəstəkləyən və yanımızda olan hər kəsə təşəkkür edirik"
Bugün, 12:24 MƏDƏNİYYƏT
-
“Stop” əvəzinə “dur”, ya da “toxta” olmalıdır..." - Deputat indi də dilçiliyə keçib, yol nişanlarına belə düzəliş təklif edir
Bugün, 11:26 SİYASƏT
-
Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında 5 milyonluq siqaret qaçaqmalçılığı... - Ənvər Tağıyev də həbsdən azad edildi
Bugün, 11:09 İQTİSADİYYAT
-
Leyla Əliyeva və Alyona Əliyeva "Baku Art Weekend” sərgisində - VİDEO, FOTOLAR
Bugün, 10:06 MƏDƏNİYYƏT
-
Qubanın alma bağlarında xəstəlik yayılıb
Bugün, 09:54 İQTİSADİYYAT
-
Azərbaycan nefti bahalaşdı - 4 dollar
Bugün, 09:02 İQTİSADİYYAT
-
Rusiyalı milyarder Bakıya gəlib - FOTO
Bugün, 00:04 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
"Qalatasaray" səfərdə "Konyaspor"u darmadağın etdi
30.10.2026, 22:57 İDMAN
-
Soltanlının gülləri heç vaxt solmayacaq... - Seymur Verdizadə yazır
30.10.2026, 22:44 YAZARLAR
-
G20-nin toplantısında gərginlik yarandı - Lavrova görə "Ailə fotosu" ləğv olunub
30.10.2026, 21:53 GÜNDƏM
-
"Napoli" rəsmisi "Fənərbaxça"nın hücumçusunu ələ saldı: "Biz şanslı idik, onu satdıq"
30.10.2026, 20:47 İDMAN
-
SAHİL BABAYEVƏ DAHA BİR MÜAVİN TƏYİN EDİLDİ - O, kimdir? + FOTO
30.10.2026, 20:04 GÜNDƏM
-
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi və... - Prezident medalları təqdim etdi + VİDEOLAR (Yenilənib)
30.10.2026, 19:35 GÜNDƏM
-
Zelenski Türkiyəyə gəlir
30.10.2026, 18:44 GÜNDƏM
-
Vüqar Rəhimzadə: Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir
30.10.2026, 17:51 SİYASƏT
-
Türkiyədə işıqpulu qalxıb - Yanvarın 1-dən
30.10.2026, 17:38 İQTİSADİYYAT
-
BİR GÜNDƏ ÜÇ GƏMİ... - Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb
30.10.2026, 17:22 DÜNYA
-
DEPUTATLAR DAHA 10 MƏSƏLƏNİ MÜZAKİRƏYƏ ÇIXARACAQ - SİYAHI
30.10.2026, 17:22 GÜNDƏM
-
YAP Təftiş Komissiyası toplandı: sədr və müavin seçildi
30.10.2026, 17:05 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
30.10.2026, 17:00 İQTİSADİYYAT
-
Canlı yayımda Türkiyəni hədələdi: "Gərəkirsə, anlayacaqları dildə başa salarıq"
30.10.2026, 16:56 DÜNYA
-
Ard-arda ittihamlar öz işini gördü - Deputat istefa verdi
30.10.2026, 16:42 SİYASƏT
-
Böyük ümidlərlə alınmışdı, indi isə... - "Gedirəm"
30.10.2026, 16:35 İDMAN
-
ƏRDOĞANLA BAYRAMOVUN ZİRVƏYƏ DAMĞA VURAN SÖHBƏTİ... - FOTOLAR
30.10.2026, 16:31 GÜNDƏM
-
Tokayev Ankarada: "Türkiyə inanılmaz beynəlxalq nüfuza malik bir ölkədir"
30.10.2026, 16:24 SİYASƏT
-
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - SİYAHI
30.10.2026, 16:09 GÜNDƏM
-
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
30.10.2026, 16:07 İQTİSADİYYAT
-
Ceyhun Bayramov Ankaradan mühüm mesajlar verdi: "Ölkəmiz yalnız öz təhlükəsizliyini təmin etmir, daha geniş regionda..." (YENİLƏNİB)
30.10.2026, 16:02 SİYASƏT