Vəzifədən azad edilən general: "Artıq bu səbəbdən işləyə bilmirəm"

img

15-10-2025 [13:56]


"Səhhətimdə problemlər yaranıb".

Mia.az xəbər verir ki, bu barədə "Unikal"a açıqlamasında Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin sabiq birinci müavini İsmayıl Hüseynov deyib.

O bildirib ki, səhhətindəki problemlərlə bağlı həkim yoxlanışından keçib: "Boynumda yırtıq yaranıb. Artıq bu səbəbdən işləyə bilmirəm. Ötən gün Prezident İlham Əliyev işdən azad edilməyimlə bağlı Sərəncam imzaladı", - deyə İ.Hüseynov əlavə edib.

Xatırladaq ki, İsmayıl Hüseynovun vəzifəsindən azad edilməsi ilə bağlı ilk xəbəri "Bakupost" yayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA