Bu gün ANIM GÜNÜdür
27-09-2025 [00:01]
Bu gün Vətən müharibəsinin başlamasından 5 il ötür.
Mia.az xəbər verir ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb.
Belə ki, həmin gün Ermənistanın növbəti irimiqyaslı təxribatlarına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı başlayıb, sonradan "Dəmir yumruq" adını alan bu əməliyyat Vətən müharibəsinə çevrilib.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.

Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də xalqa etdiyi ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi.
Noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etdi. Bundan sonra Ermənistan məğlubiyyəti ilə barışdı və kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Noyabrın 10-da "Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı" imzalandı.
Beləliklə, Ermənistan hərbi birləşmələrinin 4 il ərzində tədricən işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu, Ermənistan-Azərbaycan münaqişəsi tarixə çevrildi.
Ermənistan ordusundan qənimət kimi götürülmüş texnikaların bir hissəsi 2020-ci il dekabrın 10-da Bakıda hərbi paradda nümayiş etdirilib, onlar həmçinin 2021-ci ilin aprelində Bakıda açılmış Hərbi Qənimətlər Parkında sərgilənir.
Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi. Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri aparılır, eləcə də insanların öz yurdlarına qayıdışı təmin edilir.
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.
Ötən illərdə olduğu kimi, bu il də Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.
Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Vətən müharibəsi dövründə yaşayış məntəqələrinin və yüksəkliklərin işğaldan azad edilmə xronologiyası:
| № | TARİX | RAYON | YAŞAYIŞ MƏNTƏQƏSİ |
|---|---|---|---|
| 1. | 27.09.2020 | Füzuli | Qaraxanbəyli |
| 2. | 27.09.2020 | Füzuli | Qərvənd |
| 3. | 27.09.2020 | Füzuli | Horadiz kəndi |
| 4. | 27.09.2020 | Cəbrayıl | Böyük Mərcanlı |
| 5. | 27.09.2020 | Cəbrayıl | Nüzgar |
| 6. | 27.09.2020 | Kəlbəcər | Murovdağ zirvəsi |
| 7. | 03.10.2020 | Cəbrayıl | Mehdili |
| 8. | 03.10.2020 | Cəbrayıl | Çaxırlı |
| 9. | 03.10.2020 | Cəbrayıl | Aşağı Maralyan |
| 10. | 03.10.2020 | Cəbrayıl | Şəybəy |
| 11. | 03.10.2020 | Cəbrayıl | Quycaq |
| 12. | 03.10.2020 | Füzuli | Aşağı Əbdürrəhmanlı |
| 13. | 03.10.2020 | Tərtər | Suqovuşan |
| 14. | 03.10.2020 | Tərtər | Talış |
| 15. | 04.10.2020 | Cəbrayıl | Cəbrayıl ş. |
| 16. | 04.10.2020 | Cəbrayıl | Şükürbəyli |
| 17. | 04.10.2020 | Cəbrayıl | Çərəkən |
| 18. | 04.10.2020 | Cəbrayıl | Daşkəsən |
| 19. | 04.10.2020 | Cəbrayıl | Horovlu |
| 20. | 04.10.2020 | Cəbrayıl | Mahmudlu (kənd) |
| 21. | 04.10.2020 | Cəbrayıl | Cəfərabad |
| 22. | 04.10.2020 | Cəbrayıl | Yuxarı Maralyan |
| 23. | 04.10.2020 | Cəbrayıl | Dəjəl |
| 24. | 04.10.2020 | Cəbrayıl | Karxulu |
| 25. | 05.10.2020 | Cəbrayıl | Şıxalıağalı |
| 26. | 05.10.2020 | Cəbrayıl | Sarıcallı |
| 27. | 05.10.2020 | Cəbrayıl | Məzrə |
| 28. | 09.10.2020 | Cəbrayıl | Qışlaq |
| 29. | 09.10.2020 | Tərtər | Çaylı |
| 30. | 09.10.2020 | Cəbrayıl | Qaracallı |
| 31. | 09.10.2020 | Cəbrayıl | Əfəndilər |
| 32. | 09.10.2020 | Cəbrayıl | Süleymanlı |
| 33. | 09.10.2020 | Füzuli | Yuxarı Güzlək |
| 34. | 09.10.2020 | Füzuli | Gorazıllı |
| 35. | 09.10.2020 | Xocavənd | Hadrut q. |
| 36. | 09.10.2020 | Xocavənd | Sor |
| 37. | 14.10.2020 | Füzuli | Qaradağlı |
| 38. | 14.10.2020 | Füzuli | Xatınbulaq |
| 39. | 14.10.2020 | Füzuli | Qarakollu |
| 40. | 14.10.2020 | Xocavənd | Bulutan |
| 41. | 14.10.2020 | Xocavənd | Məlikcanlı |
| 42. | 14.10.2020 | Xocavənd | Qırmızıqaya |
| 43. | 14.10.2020 | Xocavənd | Dağdöşü |
| 44. | 14.10.2020 | Xocavənd | Tağaser |
| 45. | 15.10.2020 | Füzuli | Arış |
| 46. | 15.10.2020 | Cəbrayıl | Doşulu |
| 47. | 15.10.2020 | Xocavənd | Edişə |
| 48. | 15.10.2020 | Xocavənd | Düdükçü |
| 49. | 15.10.2020 | Xocavənd | Edilli |
| 50. | 15.10.2020 | Xocavənd | Çiraquz |
| 51. | 16.10.2020 | Xocavənd | Xırmancıq |
| 52. | 16.10.2020 | Xocavənd | Ağbulaq |
| 53. | 16.10.2020 | Xocavənd | Axullu |
| 54. | 17.10.2020 | Füzuli | Füzuli ş. |
| 55. | 17.10.2020 | Füzuli | Qoçəhmədli |
| 56. | 17.10.2020 | Füzuli | Cuvarlı |
| 57. | 17.10.2020 | Füzuli | Pirəhmədli |
| 58. | 17.10.2020 | Füzuli | Musabəyli |
| 59. | 17.10.2020 | Füzuli | Çimən |
| 60. | 17.10.2020 | Füzuli | İşıqlı |
| 61. | 17.10.2020 | Füzuli | Dədəli |
| 62. | 18.10.2020 | Cəbrayıl | Hacılı |
| 63. | 18.10.2020 | Cəbrayıl | Hacı İsaqlı |
| 64. | 18.10.2020 | Cəbrayıl | Xudafərin q. |
| 65. | 19.10.2020 | Cəbrayıl | Soltanlı |
| 66. | 19.10.2020 | Cəbrayıl | Əmirvarlı |
| 67. | 19.10.2020 | Cəbrayıl | Maşanlı |
| 68. | 19.10.2020 | Cəbrayıl | Hasanlı |
| 69. | 19.10.2020 | Cəbrayıl | Alıkeyxalı |
| 70. | 19.10.2020 | Cəbrayıl | Qumlaq |
| 71. | 19.10.2020 | Cəbrayıl | Göyərçin Veysəlli |
| 72. | 19.10.2020 | Cəbrayıl | Niyazqulular |
| 73. | 19.10.2020 | Cəbrayıl | Keçəl Məmmədli |
| 74. | 19.10.2020 | Cəbrayıl | Şahvəlli |
| 75. | 19.10.2020 | Cəbrayıl | İsaqlı |
| 76. | 20.10.2020 | Füzuli | Dördçinar |
| 77. | 20.10.2020 | Füzuli | Kürdlər |
| 78. | 20.10.2020 | Füzuli | Yuxarı Əbdurrəhmanlı |
| 79. | 20.10.2020 | Füzuli | Qarğabazar |
| 80. | 20.10.2020 | Füzuli | Aşağı Veysəlli |
| 81. | 20.10.2020 | Füzuli | Yuxarı Aybasanlı |
| 82. | 20.10.2020 | Cəbrayıl | Safarşa |
| 83. | 20.10.2020 | Cəbrayıl | Həsənqaydı |
| 84. | 20.10.2020 | Cəbrayıl | Fuğanlı |
| 85. | 20.10.2020 | Cəbrayıl | İmambağı |
| 86. | 20.10.2020 | Cəbrayıl | Daş Veysəlli |
| 87. | 20.10.2020 | Cəbrayıl | Ağtəpə |
| 88. | 20.10.2020 | Cəbrayıl | Yarəhmədli |
| 89. | 20.10.2020 | Xocavənd | Ağcakənd |
| 90. | 20.10.2020 | Xocavənd | Mülküdərə |
| 91. | 20.10.2020 | Xocavənd | Daşbaşı |
| 92. | 20.10.2020 | Xocavənd | Günəşli |
| 93. | 20.10.2020 | Xocavənd | Çinarlı |
| 94. | 20.10.2020 | Zəngilan | Zəngilan ş. |
| 95. | 20.10.2020 | Zəngilan | Havalı |
| 96. | 20.10.2020 | Zəngilan | Məmmədbəyli |
| 97. | 20.10.2020 | Zəngilan | Həkəri q. |
| 98. | 20.10.2020 | Zəngilan | Şərifan |
| 99. | 20.10.2020 | Zəngilan | Muğanlı |
| 100. | 21.10.2020 | Füzuli | Gecəgözlü |
| 101. | 21.10.2020 | Füzuli | Aşağı Seyidəhmədli |
| 102. | 21.10.2020 | Füzuli | Zərgər |
| 103. | 21.10.2020 | Cəbrayıl | Balyand |
| 104. | 21.10.2020 | Cəbrayıl | Papı |
| 105. | 21.10.2020 | Cəbrayıl | Tulus |
| 106. | 21.10.2020 | Cəbrayıl | Tinli |
| 107. | 21.10.2020 | Zəngilan | Mincivan q. |
| 108. | 21.10.2020 | Zəngilan | Babaylı |
| 109. | 21.10.2020 | Zəngilan | Üçüncü Ağalı |
| 110. | 21.10.2020 | Zəngilan | Sarıl |
| 111. | 21.10.2020 | Zəngilan | Xumarlı |
| 112. | 21.10.2020 | Zəngilan | Hacallı |
| 113. | 21.10.2020 | Zəngilan | Xurama |
| 114. | 21.10.2020 | Zəngilan | Cahangirbəyli |
| 115. | 21.10.2020 | Zəngilan | Turabad |
| 116. | 21.10.2020 | Zəngilan | İçəri Müşlan |
| 117. | 21.10.2020 | Zəngilan | Qıraq Müşlan |
| 118. | 21.10.2020 | Zəngilan | Məlikli |
| 119. | 21.10.2020 | Zəngilan | Üdgün |
| 120. | 21.10.2020 | Zəngilan | Baharlı |
| 121. | 22.10.2020 | Füzuli | Mollavəli |
| 122. | 22.10.2020 | Füzuli | Yuxarı Rəfədinli |
| 123. | 22.10.2020 | Füzuli | Aşağı Rəfədinli |
| 124. | 22.10.2020 | Cəbrayıl | Sirik |
| 125. | 22.10.2020 | Cəbrayıl | Şıxlar |
| 126. | 22.10.2020 | Cəbrayıl | Məstalıbəyli |
| 127. | 22.10.2020 | Cəbrayıl | Dərzili |
| 128. | 22.10.2020 | Zəngilan | Kolluqışlaq |
| 129. | 22.10.2020 | Zəngilan | Malatkeşin |
| 130. | 22.10.2020 | Zəngilan | Zəngilan (kənd) |
| 131. | 22.10.2020 | Zəngilan | Genlik |
| 132. | 22.10.2020 | Zəngilan | Vəliqulubəyli |
| 133. | 22.10.2020 | Zəngilan | Qaradərə |
| 134. | 22.10.2020 | Zəngilan | Çöpədərə |
| 135. | 22.10.2020 | Zəngilan | Tatar |
| 136. | 22.10.2020 | Zəngilan | Tiri |
| 137. | 22.10.2020 | Zəngilan | Əmirxanlı |
| 138. | 22.10.2020 | Zəngilan | Qarqulu |
| 139. | 22.10.2020 | Zəngilan | Bartaz (kənd) |
| 140. | 22.10.2020 | Zəngilan | Dəlləkli |
| 141. | 22.10.2020 | Zəngilan | Ağbənd q. |
| 142. | 23.10.2020 | Xocavənd | Dolanlar |
| 143. | 23.10.2020 | Xocavənd | Bünyadlı |
| 144. | 23.10.2020 | Cəbrayıl | Dağ Tumas |
| 145. | 23.10.2020 | Cəbrayıl | Nüsüs |
| 146. | 23.10.2020 | Cəbrayıl | Xələfli q. |
| 147. | 23.10.2020 | Cəbrayıl | Minbaşılı |
| 148. | 23.10.2020 | Zəngilan | Vənədli |
| 149. | 23.10.2020 | Zəngilan | Mirzəhəsənli |
| 150. | 23.10.2020 | Qubadlı | Zilanlı |
| 151. | 23.10.2020 | Qubadlı | Kürd Mahruzlu |
| 152. | 23.10.2020 | Qubadlı | Muğanlı |
| 153. | 23.10.2020 | Qubadlı | Alaqurşaq |
| 154. | 25.10.2020 | Zəngilan | Birinci Alıbəyli |
| 155. | 25.10.2020 | Zəngilan | İkinci Alıbəyli |
| 156. | 25.10.2020 | Zəngilan | Rəbənd |
| 157. | 25.10.2020 | Zəngilan | Yenikənd |
| 158. | 25.10.2020 | Cəbrayıl | Qovşudlu |
| 159. | 25.10.2020 | Cəbrayıl | Sofulu |
| 160. | 25.10.2020 | Cəbrayıl | Dağ Maşanlı |
| 161. | 25.10.2020 | Cəbrayıl | Kürdlər |
| 162. | 25.10.2020 | Cəbrayıl | Hovuslu |
| 163. | 25.10.2020 | Qubadlı | Padar |
| 164. | 25.10.2020 | Qubadlı | Əfəndilər |
| 165. | 25.10.2020 | Qubadlı | Yusifbəyli |
| 166. | 25.10.2020 | Qubadlı | Çaytumas |
| 167. | 25.10.2020 | Qubadlı | Xanlıq |
| 168. | 25.10.2020 | Qubadlı | Sarıyataq |
| 169. | 25.10.2020 | Qubadlı | Mollabürhan |
| 170. | 25.10.2020 | Qubadlı | Qubadlı ş. |
| 171. | 26.10.2020 | Cəbrayıl | Çələbilər |
| 172. | 28.10.2020 | Zəngilan | Birinci Ağalı |
| 173. | 28.10.2020 | Zəngilan | İkinci Ağalı |
| 174. | 28.10.2020 | Zəngilan | Zərnəli |
| 175. | 28.10.2020 | Füzuli | Mandılı |
| 176. | 28.10.2020 | Cəbrayıl | Qazanzəmi |
| 177. | 28.10.2020 | Cəbrayıl | Xanağabulaq |
| 178. | 28.10.2020 | Cəbrayıl | Çullu |
| 179. | 28.10.2020 | Cəbrayıl | Quşçular |
| 180. | 28.10.2020 | Cəbrayıl | Qaraağac |
| 181. | 28.10.2020 | Qubadlı | Qiyaslı |
| 182. | 28.10.2020 | Qubadlı | Əbilcə |
| 183. | 28.10.2020 | Qubadlı | Qilican |
| 184. | 30.10.2020 | Cəbrayıl | Xudaverdili |
| 185. | 30.10.2020 | Cəbrayıl | Qurbantəpə |
| 186. | 30.10.2020 | Cəbrayıl | Şahvələdli |
| 187. | 30.10.2020 | Cəbrayıl | Xubyarlı |
| 188. | 30.10.2020 | Zəngilan | Aladin |
| 189. | 30.10.2020 | Zəngilan | Vejnəli |
| 190. | 30.10.2020 | Qubadlı | Kavdadıq |
| 191. | 30.10.2020 | Qubadlı | Məmər |
| 192. | 30.10.2020 | Qubadlı | Mollalı |
| 193. | 02.11.2020 | Cəbrayıl | Çapand |
| 194. | 02.11.2020 | Cəbrayıl | Qoşabulaq |
| 195. | 02.11.2020 | Zəngilan | Dərə Gilətağ |
| 196. | 02.11.2020 | Zəngilan | Böyük Gilətağ |
| 197. | 02.11.2020 | Qubadlı | İşıqlı |
| 198. | 02.11.2020 | Qubadlı | Muradxanlı |
| 199. | 02.11.2020 | Qubadlı | Milanlı |
| 200. | 04.11.2020 | Cəbrayıl | Mirək |
| 201. | 04.11.2020 | Cəbrayıl | Kavdar |
| 202. | 04.11.2020 | Zəngilan | Məşədiismayıllı |
| 203. | 04.11.2020 | Zəngilan | Şəfibəyli |
| 204. | 04.11.2020 | Qubadlı | Başarat |
| 205. | 04.11.2020 | Qubadlı | Qarakişilər |
| 206. | 04.11.2020 | Qubadlı | Qaracallı |
| 207. | 07.11.2020 | Füzuli | Yuxarı Veysəlli |
| 208. | 07.11.2020 | Füzuli | Yuxarı Seyidəhmədli |
| 209. | 07.11.2020 | Füzuli | Qorqan |
| 210. | 07.11.2020 | Füzuli | Üçüncü Mahmudlu |
| 211. | 07.11.2020 | Füzuli | Qacar |
| 212. | 07.11.2020 | Füzuli | Divanalılar |
| 213. | 07.11.2020 | Cəbrayıl | Yuxarı Məzrə |
| 214. | 07.11.2020 | Cəbrayıl | Yanarxac |
| 215. | 07.11.2020 | Qubadlı | Qəzyan |
| 216. | 07.11.2020 | Qubadlı | Balasoltanlı |
| 217. | 07.11.2020 | Qubadlı | Mərdanlı |
| 218. | 07.11.2020 | Zəngilan | Beşdəli |
| 219. | 07.11.2020 | Xocalı | Qarabulaq |
| 220. | 07.11.2020 | Xocalı | Baharlı |
| 221. | 07.11.2020 | Xocavənd | Ataqut |
| 222. | 07.11.2020 | Xocavənd | Hünərli |
| 223. | 08.11.2020 | Şuşa | Şuşa ş. |
| 224. | 09.11.2020 | Füzuli | Qobu Dilağarda |
| 225. | 09.11.2020 | Füzuli | Yal Pirəhmədli |
| 226. | 09.11.2020 | Füzuli | Yuxarı Yağlıvənd |
| 227. | 09.11.2020 | Füzuli | Dilağarda |
| 228. | 09.11.2020 | Füzuli | Seyidmahmudlu |
| 229. | 09.11.2020 | Füzuli | Ələsgərli |
| 230. | 09.11.2020 | Füzuli | Aşağı Güzlək |
| 231. | 09.11.2020 | Füzuli | Govşatlı |
| 232. | 09.11.2020 | Füzuli | Mirzəcamallı |
| 233. | 09.11.2020 | Füzuli | Şəkərcik |
| 234. | 09.11.2020 | Füzuli | Merdinli |
| 235. | 09.11.2020 | Füzuli | Şıxlı |
| 236. | 09.11.2020 | Füzuli | Qaraməmmədli |
| 237. | 09.11.2020 | Füzuli | Dövlətyarlı |
| 238. | 09.11.2020 | Füzuli | Hüseynbəyli |
| 239. | 09.11.2020 | Füzuli | Saracıq |
| 240. | 09.11.2020 | Xocalı | Dəmirçilər |
| 241. | 09.11.2020 | Xocalı | Çanaqçı |
| 242. | 09.11.2020 | Xocalı | Mədətkənd |
| 243. | 09.11.2020 | Xocalı | Sığnaq |
| 244. | 09.11.2020 | Şuşa | Daşaltı |
| 245. | 09.11.2020 | Xocavənd | Susanlıq |
| 246. | 09.11.2020 | Xocavənd | Binə |
| 247. | 09.11.2020 | Xocavənd | Tuğ |
| 248. | 09.11.2020 | Xocavənd | Ağdam |
| 249. | 09.11.2020 | Xocavənd | Azıx |
| 250. | 09.11.2020 | Xocavənd | Böyük Tağlar |
| 251. | 09.11.2020 | Xocavənd | Salakətin |
| 252. | 09.11.2020 | Xocavənd | Zoğalbulaq |
| 253. | 09.11.2020 | Xocavənd | Arakül |
| 254. | 09.11.2020 | Xocavənd | Tağaverd |
| 255. | 09.11.2020 | Xocavənd | Zərdanaşen |
| 256. | 09.11.2020 | Xocavənd | Şexer |
| 257. | 09.11.2020 | Cəbrayıl | Hüseynalılar |
| 258. | 09.11.2020 | Cəbrayıl | Söyüdlü |
| 259. | 09.11.2020 | Cəbrayıl | Aşağı Sirik |
| 260. | 09.11.2020 | Cəbrayıl | Qalacıq |
| 261. | 09.11.2020 | Cəbrayıl | Molla Həsənli |
| 262. | 09.11.2020 | Cəbrayıl | Əsgərxanlı |
| 263. | 09.11.2020 | Cəbrayıl | Yuxarı Nüsüs |
| 264. | 09.11.2020 | Cəbrayıl | Aşıq Məlikli |
| 265. | 09.11.2020 | Cəbrayıl | Niftalılar |
| 266. | 09.11.2020 | Cəbrayıl | Qərər |
| 267. | 09.11.2020 | Qubadlı | Yuxarı Mollu |
| 268. | 09.11.2020 | Qubadlı | Aşağı Mollu |
| 269. | 09.11.2020 | Qubadlı | Xocik |
| 270. | 09.11.2020 | Qubadlı | Qaraimanlı |
| 271. | 09.11.2020 | Qubadlı | Xəndək |
| 272. | 09.11.2020 | Qubadlı | Həmzəli |
| 273. | 09.11.2020 | Qubadlı | Mahruzlu |
| 274. | 09.11.2020 | Qubadlı | Hal |
| 275. | 09.11.2020 | Qubadlı | Ballıqaya |
| 276. | 09.11.2020 | Qubadlı | Ulaşlı |
| 277. | 09.11.2020 | Qubadlı | Tinli |
| 278. | 09.11.2020 | Qubadlı | Xocahan |
| 279. | 09.11.2020 | Qubadlı | Boyunəkər |
| 280. | 09.11.2020 | Qubadlı | Qaraqoyunlu |
| 281. | 09.11.2020 | Qubadlı | Çərəli |
| 282. | 09.11.2020 | Zəngilan | Keçikli |
| 283. | 09.11.2020 | Zəngilan | Ördəkli |
| 284. | 09.11.2020 | Zəngilan | Sobu |
| 285. | 09.11.2020 | Zəngilan | Qaragöz |
| 286. | 09.11.2020 | Zəngilan | İsgəndərbəyli |
| 287. | 09.11.2020 | Zəngilan | Bartaz q. |
| 288. | 09.11.2020 | Zəngilan | Bartaz (2300 m) |
| 289. | 09.11.2020 | Zəngilan | Sığırt (1370 m) |
| 290. | 09.11.2020 | Zəngilan | Şükürataz (2000 m) |
| 291. | 09.11.2020 | Laçın | Güləbird |
| 292. | 09.11.2020 | Laçın | Səfiyan |
| 293. | 09.11.2020 | Laçın | Türklər |
| 294. | 20.11.2020 | Ağdam | Ağdam |
| 295. | 25.11.2020 | Kəlbəcər | Kəlbəcər |
| 296. | 01.12.2020 | Laçın | Laçın |
Fermerlərə subsidiya ödənişləri başlayır - Açıqlama
Milli Şura necə və niyə yaranıb? - İttiham aktı
RAMİZ MEHDİYEVİN EVİNDƏN 17 MİLYON NAĞD PUL ÇIXDI - VİDEO
Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov.. - DTX həbsin şok detalları və gizli səs yazılarını yaydı (VİDEO)
Leyla Əliyeva bu görüntüləri paylaşdı - VİDEO
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
Arda Gülər "Real"da sıxşdırılır - "Orada bir qrup var ki...."
Sabah hava necə olacaq? - Proqnoz
"Fənərbağça"ya rəqib klubda ara qarışdı - 3-cü Baş məşqçi də qovuldu
"Elm və Təhsil Fondu"nun qrant müsabiqəsinin qalibləri - SİYAHI
Martda daha bir gün rəsmi iş olmayacaq - DƏYİŞİKLİK
Fəlsəfə doktoru imtahanı keçiriləcək
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
“Gemini” süni intellekt modeli Azərbaycan dilində istifadəyə verilib
Keçmiş başçısının ölkədən çıxışına qadağa ləğv olunub
Nazir "Qoca" ləqəbli polkovniki vəzifəsindən azad etdi
Bakıda ictimai yerdə əxlaqsız videolar çəkən şəxs həbs edilib
Dövlət İmtahan Mərkəzi məlumat yayıb
Bakıda atletlərin ölkə birinciliyi keçriiləcək
"Temu" "endirim kartları"nı blokladı
Bakıda ər-arvad dəm qazından zəhərlənib
Rusiya Kiyev və bölgələrə zərbələr endirir - Açıqlamalar
Miflər və Arxivlər: Qərbin qadın hekayəsi
Azərbaycan nefti daha bir dollar qalxdı - 72 dollardan satılır
Zelenski: "Yalnız Tramp Putini güzəştə məcbur edə bilər"
Qurban Qurbanov ağdamlılarla qohum olub - Özəl xəbər + FOTOLAR
Sabiq bələdiyyə sədri deputata yumruq atan oğlunun fotosunu kollaj etdi: "Sən bir nazirə hücuma cəhd edərsənsə.." - FOTO
Yusuf Şimşek Baş məşqçi oldu
Makrondan Avropaya xəbərdarlıq: "Çin avtoritar rejimdir, səhv etməyin, bu, onların ortaq seçimidir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Lavrov: "Bu, özlüyündə yaxşı bir şeydir"
Gəncədə qadın öz övladını xəstəxanada atıb gedib
Hərbçi dəm qazından zəhərlənərək ölüb
"Azeronline" aylıq paketi bahalaşdırıb, daha sonra isə... - "Sözündən belə çıxır ki, yemirsən cəhənnəmə ye!"
İsrail Qəzza üzrə Sülh Şurasına rəsmən üzv olub
NATO Baş katibi: "Rusiya ilə dialoqu dəstəkləyəcəm"
ZÜLFÜQARLILARIN AVTOMOBİLİ İLƏ ÖLÜM İŞİ – Ramiz Mehdiyevin qardaşı oğlu hansı qərarı verəcək?
İki özəl kanala lisenziya verildi
Baş nazirin sabiq müavinin qızı nazirliyə ofis icarəyə verib