"Beşiktaş" Jota Silva ilə anlaşıb - Oyunçu İstanbula dəvət edilib

img

12-09-2025 [00:03]


"Beşiktaş" klubu İngiltərə Premyer Liqa təmsilçisi "Nottingem Forest"in oyunçusu Jota Silva ilə anlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Jota sabah səhər saatlarında İstanbula gəldikdən sonra, tibbi müayinədən keçəcək və rəsmi müqaviləyə imza atacaq.

Məlumatda bildirilib ki, oyunçu icarə əsasında transfer ediləcək.

Xatırladaq ki, müqaviləyə əsasən "Beşiktaş"ın oyunçunu satınalma haqqı var.

Hal-hazırda oyunçunun bazar dəyəri 15 milyon avrodur.

Fərid Əhmədov

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA