Türkiyədə təxribat xarakterli paylaşımlar edənlər saxlanılıb

img

09-09-2025 [18:08]


CHP-nin İstanbul şəhər Təşkilatının Qərargahı qarşısında baş verən hadisələrlə bağlı sosial mediada təxribat xarakterli paylaşımlar edən 24 nəfər saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlardan 7-i barədə həbs qərarı verilib, 3-ü piolisin nəzarətinə verilib, 14-ü haqqında isə istintaq davam edir.

İstanbul Respublika Prokurorluğu faktı təsdiqləyib.

Bildirilib ki, İstanbul Valiliyinin sentyabrın 7-də yaydığı xəbərdarlığıa baxmayaraq, saxlanılanlar qanuni tələbi pozaraq təxribat xarakterli paylaşımlar ediblər. Onlar polisə və dövlətə qarşı çağırış etməklə, qanun pozuntularına yol veriblər.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR