Zaur Mikayılov özünü Eynşteyn sayır? - Yeni alınan maşınları neyləyəcəklər?
29-08-2025 [11:49]
Dramatik anekdot: Su ehtiyatları ADSEA-da birləşdiriləndən və Zaur Mikayılova tapşırılandan sonra qəza xidməti üçün maşınlar alınıb və təbii ki, qiymət fərqi ilə sağ ovuclarını da qaşıyıblar. Amma məsələ başqadır:
Bu maşınların hündürlüyü təxminən 4 metr (3,8 metr) təşkil edir və hara gedirlərsə, hava naqillərini qırıb tökürlər. İndi də qəza maşınlarını yenidən dəyişmək istəyirlər. Nə də olsa, yenə qazanacaqlar. İtirən dövlət olacaq - o pullarla şəhid ailələri və qazilər üçün müavinətləri artırmaq olardı.
Heyrət bir şey! İnsanlar nə qədər fərqli ola bilərmiş: Eynşteyn praktik təcrübə aparmadan xəyalən təsbit edib ki, qatarda gedən adamla yerdə dayanan adam üçün zaman fərqli sürətlə keçir, yəni qatarda gedən adamın ömrü hissedilməyəcək dərəcədə olsa da, uzanır. Və bu təcrübə nisbilik nəzəriyyəsinin özülüdür. Amma Azərbaycanın bütün suyuna qərar verənlər 4 metr hündürlükdə maşınların hansı fəsadları törədəcəyini hesablaya bilmirlər.
P.S. Qurum şikayət və sorğulara cavab vermədiyinə görə mövqeyini öyrənə bilmirik(bizimyol.info).
P.P.S. Yeri gəlmişkən, bir neçə gün əvvəl Agentlik və onun "qudalar iqtidarı" ilə bağlı saytlarda yayılan yazıda aparat rəhbəri Fuad Quliyevla bağlı belə bir "epizod" vardı:
"...Hazırda Zaur Mikayılov faktiki olaraq ADSEA-da idarəetməni əziz qudası Fuad Quliyevin tam ixtiyarına verib. O da aləmi bir-birinə qatıb, öz biznesini çiçəkləndirir. Vaxtı ilə dövlət satınalmaları sektorunda, paralel olaraq biznes sahəsində çalışan Fuad Quliyev hazırda ADSEA-nım tenderləri hesabına biznesini böyüdür.
Biznes ortaqları ilə birlikdə faktiki onun" kontrol"unda olan "PDL MMC"-yə və digər şirkətlərə melorasiya və su, kanalizasiya sistemi üzrə işlərdə tenderlər vasitəsilə böyük pullar ötürür.
Onun təkcə yeni qurulan Mingəçevir-Hacıqabul kanalının tikintisində həyata keçirdiyi proseslər hüquq-mühafizə orqanlarının araşdırmasına təqdim olunsa, dəhşətli yeyinti faktları ortaya qoyular.
Bu işləri tənzimləməkdə digər quda Əsəd Şirinov əsas "menecerdir".
Dəqiqləşdirməmiz zamanı bir fakt da üzə çıxıb: Fuad Quliyev saxta diplomlar satan ABU-nun "məzunu"dur.".
MİA.AZ
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR