Prezident və birinci xanım Gəncədə - FOTOLAR (YENİLƏNİR)
20-08-2025 [16:17]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar.
Miaa.z xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhərində “Azerbazalt” MMC-nin bazalt məhsullarının istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak ediblər.
Mia.az xəbər verir ki, “Azerbazalt” MMC-nin təsisçisi Rafət Əliyev dövlət başçısına və birinci xanıma müəssisə haqqında məlumat verib.
Bildirilib ki, burada bazalt tozu və onun əsasında orqanik gübrə istehsalı həyata keçiriləcək. Layihə iki mərhələdə icra olunacaq. Birinci mərhələnin investisiya dəyəri 27 milyon manat təşkil edəcək.
İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu layihədə 30 faiz paya malikdir. Ümumi sahəsi 4 hektar olan zavodda ildə 360 min ton orqanik gübrənin istehsalı planlaşdırılır. İsveç və Türkiyə texnologiyaları əsasında qurulacaq müəssisədə əsas xammal kimi Göygöl rayonunun “Çaykənd” yatağından çıxarılan yüksəkkeyfiyyətli bazaltdan istifadə ediləcək. Layihənin birinci mərhələsində 200 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Layihənin ikinci mərhələsində isə bazalt əsasında yüksək texnoloji innovativ məhsulların - bazalt lifi, 3D printer üçün xammal olan filamenin və digər sənaye materiallarının istehsalı həyata keçiriləcək. Bu isə öz növbəsində layihəyə əlavə strateji dəyər verməklə yanaşı, müdafiə, tikinti və yüksək texnologiyalar sektorlarının müasir və davamlı məhsullarla təmin olunmasına töhfə verəcək. Layihənin ikinci mərhələsi çərçivəsində 300 nəfər işlə təmin olunacaq. Məhsullar həm daxili tələbatı ödəyəcək, həm də xarici bazarlara ixrac olunacaq.
Qeyd edək ki, xüsusilə yüksək texnoloji bazalt məhsullarına beynəlxalq bazarlarda böyük tələbat var. Bazalt mənşəli məhsullar kənd təsərrüfatı və sənaye sahələri üçün yüksək dəyərə malik, ekoloji cəhətdən təhlükəsiz və çoxfunksiyalı materiallardır. Vulkanik mənşəli və yüksək mineral tərkibli bazalt tozu torpağın qida balansını bərpa edir, strukturunu yaxşılaşdırır və məhsuldarlığı artırır, su hövzələrinin turşulaşmasının qarşısını alır. Bazalt liflərindən isə filtrasiya, səsboğucu, istilik buraxmayan, korroziyaya davamlı örtüklər, beton üçün qatqı və tikinti sahəsində istifadə olunan digər yüksək dayanıqlı materiallar istehsal edilir. Bu materiallar yüksək istilik müqaviməti, dayanıqlılığı və ekoloji təmizliyi ilə seçilir. Həmin xüsusiyyətlərinə görə bazalt lifləri aviasiya, raket texnikası, müdafiə və avtomobil sənayesi kimi yüksək texnoloji sahələrdə geniş istifadə olunur.
Bu müəssisənin yaradılması yerli resursların əlavə dəyərə çevrilməsi, ekoloji və dayanıqlı istehsal modeli ilə Azərbaycanın qeyri-neft sənayesinin inkişafına xidmət edəcək, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalını artıracaq. Müəssisədə xammal kimi yerli bazaltdan istifadə isə daxili təbii ehtiyatların səmərəli dəyərləndirilməsini təmin etməklə, istehsal zəncirini möhkəmləndirəcək.
***
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhərində olublar.
Mia.az xəbər verir ki, dövlət başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya şəhərdə aparılan tikinti-quruculuq işləri barədə məlumat verilib.
Bildirilib ki, III MDB Oyunlarına hazırlıq çərçivəsində Gəncə şəhərində bütün aidiyyəti qurumlar səfərbər olunub, genişmiqyaslı abadlıq-quruculuq, təmir-bərpa və tikinti işləri həyata keçirilir.
Gəncə Şəhər İcra Hakimiyyəti və “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən indiyədək 120-dən çox küçənin asfalt örtüyü yenilənib, əsaslı təmir işləri görülüb. Yenidənqurma işləri şəhərdəki bir neçə parkı da əhatə edib. Bütün bunlarla yanaşı, küçələrin işıqlandırılması, şəhərin müxtəlif yerlərində yeni yaşıllıqların salınması istiqamətində bir sıra işlər görülüb.
“Bakı Abadlıq Xidməti” MMC tərəfindən şəhərin 637 yaşayış və qeyri-yaşayış binasının fasadı təmir edilib, 1159 binanın dam örtüyü və 49 küçədə, prospektdə işıqlandırma sistemləri, 62 ünvanda fasad işıqlandırılması yenilənib, 24 fəvvarədə təmir və bərpa işləri görülüb, 27 min kvadratmetr sahədə piyada yolları bərpa edilib.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
KİM KİMƏ GÜZƏŞT EDƏCƏK? - Təhlil
"Qızları gizli videoya çəkiblər, qrup seks, içkisinə dərman..." - İlkin Rüstəmzadədən sensasion yazı
Zümrüd Ağayeva beynəlxalq təyinat alıb
Ağ Ev "TikTok"da hesab açdı
Prezident və birinci xanım Gəncədə - FOTOLAR (YENİLƏNİR)
Qanunsuz mərc oyunlarını reklam edən səhifələr bloklandı - Blogerlərə şok yaşadıldı
32 yaşlı şəxs 60 yaşlı kişi dayısını öldürüb - Bakıda (Yenilənib)
Ərdoğanla Putin telefonda danışdı - Müzakirə
Sabah pensiyalar ödəniləcək
Prezident və birinci xanım “Hacıkənd”də: istirahət kompleksinin tikintisi ilə tanış olublar
Kamran Əliyev onları prokuror təyin etdi
Odessada müsəlman dini icmaların təmsilçiləri və diaspor fəalları ilə görüş olub - FOTOLAR
Daha bir vəkilin fəaliyyətinə xitam verildi
İrandan deport olunan əfqanlar avtobusda yandı - 19-u uşaq imiş...
Türkiyənin ən çox vergi ödəyicisi kimdir: nə Koç, nə Sabançı ailəsi, Bayraktar qardaşları önə çıxıb
Xalq artisti Roza Cəlilova qızını polisə verib - Açıqlama + VİDEO
I Liqada yeni mövsümün püşkü atılıb
"Fərid müəllim, bu, ayıbdır" - Partiya sədri cəmi bir ilə sürətlə yüksələn Agentlik rəhbərini məktəbli ilə müqayisə elədi və... (FOTOLAR)
Sabah hava necə olacaq? - Proqnoz
Sərhədimizi pozmağa cəhd edən əcnəbilər saxlanılıb
Lisey və gimnaziyalara seçim prosesinin nəticələri elan olunub
MİQ üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb
Qəzzada daha 5 uşaq ölüb
Rusiya Ukraynanın daha iki şəhərini bombalayıb
Əziz Orucov kassasiya şikayəti verib
Vətəndaşların hərbi xidmətlə bağlı məlumatları “mygov”a əlavə olunub
Qobustanda torpaq uçqunu olub - Bir nəfər ölüb
İxtisas seçimi başa çatdı - DETALLAR
“Qoduş”lu, “dımbır”lı, “dina”lı, “diniş”li, “dodu”lu orfoqrafiya lüğətimiz… - Təbriz VƏFALI YAZIR
"Konyaspor" Cekson Muleka ilə anlaşıb
"Spartak Moskva" Karlos Kuestanı heyətinə qatır
Azərbaycan nefti bahalaşdı
Fransa Azərbaycana yeni səfir təyin etdi
"Vulverhempton" müdafiəçi ilə müqavilə imzaladı - 5 illik
Hindistan və Çin sərhəd ticarəti və birbaşa uçuşları bərpa etdi - 5 illik fasilədən sonra...
Nelson Semedo: "Çempionlar Liqasına vəsiqə qazanmaq haqqımızdır"
Joze Morinyo: "4 qol buraxsaq, 5 qol vura bilmərik"
Arif Qaraşov illər sonra... - FOTOLAR
Burak Yılmaz bu komandanın baş mıəşqçisi oldu - AÇIQLAMA
"Qalatasaray" Derrik Köhnü satıb - 4.5 milyon avroya...