İranın müdafiə naziri: "İsrail müharibəsindən sonra yeni raketlər istehsal etdik"

img

20-08-2025 [13:22]


"İsrailin 12 günlük hücumlarından sonra üstün xüsusiyyətlərə malik yeni raketlər istehsalına başlamışıq"

Mia.az xarici mətbuiata istinadla xəbər verir ki, bu sözləri İranın müdafiə naziri Əziz Nəsirzadə Təsnim Xəbər Agentliyinə müsahibəsində deyib.

O bildirib ki, 12 günlük müharibədə istifadə edilən raketlər bir neçə il əvvəl Müdafiə Nazirliyinin istehsal etdiyi raketlər olub: "Bu gün biz əvvəlki raketlərdən çox üstün xüsusiyyətlərə malik raketlər istehsal etmişik və bu, artıq yeni mərhələyə keçib".

İranlı nazir əlavə edib ki, əgər İsrail yenidən hücuma keçərsə, həmin raketlərdən istifadə olunacaq.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA