Odessada müsəlman dini icmaların təmsilçiləri və diaspor fəalları ilə görüş olub - FOTOLAR
20-08-2025 [14:29]
Odessa Vilayət Dövlət-Hərbi Administrasiyasının binasında müxtəlif müsəlman dini icmaların təmsilçiləri və diaspor fəalları ilə görüş baş tutub.
Mia.az xəbər verir ki, qəbul edən tərəfdən görüşdə Administrasiya rəhbərinin müavini Anton İqoroviç Şalıqaylo, Mədəniyyət, Millətlər, Dinlər və mədəni irsin mühafizəsi departamentinin rəhbəri Oleynik Olena Volodimirovna, onun müavini Reznikova Yaroslava Alekseyevna iştirak ediblər.
Tədbirdə Qırım-tatar, azərbaycanlı, türk, çeçen, əfqan, suriyalı, fələstinli dini icma və diaspor təmsilçiləri iştirak edib.
İstirakçılara işğal altında olan Qırımda yerli sakin olan tatar müsəlmanların durumu, fəalların təqibi, həbs və işgəncələrə məruz qalmaları ilə bağlı araşdırma təqdim olunub.
Çıxışçılar əsasən rusiya dindən silah kimi istifadə edir düşüncəsi ətrafında danışıblar: "İşğalçılar dindən təbliğat, təcavüzün qanuniləşdirilməsi və Qırım tatarlarının və digər milli azlıqların kimliyini məhv etmək üçün istifadə edir. Bu insanlığa qarşı cinayətdir. Biz həqiqəti söyləməli, qurbanları qorumalı, azadlıq və ədalət uğrunda birgə mübarizə aparmalıyıq".
Ukraynanın və xüsusən Odessa vilayətinin çoxmillətli, tolerant, müxtəlif xalqların və millətlərin dini və digər azadlıqlarına sayğı göstərildiyi bölgə olduğu vurğulanıb. rusiya isə Ukraynanı işğal etməklə burada yaşayan müxtəlif xalqların nümayəndələrini milliyətindən, dinindən, irqindən asılı olmayaraq məhv etmək məqsədi güdür. İşğal altında olan Qırım və digər bölgələrdə yaşayan bütün xalqların nümayəndələri rusların represiyasından, işgəncə və təqiblərindən nəsibini alır.
Tədbir zamanı Qırım dini icması tərəfindən Anton İqoreviçə İslam dünyasının tarixini, incəsənətini və elmini açıqlayan “İslam mədəniyyəti atlası” kitabının Ukrayna dilinə ilk tərcüməsi hədiyyə edilib. Administrasiya rəhbərliyi müxtəlif xalqların və müsəlman dini icmaların təcavüzkarla müharibədə Ukraynaya dəstək verərək ölkədə həmrəyliyin, sabitliyin qorunması üçün göstərdikləri əzmi və dövlətə, orduya, köçkünlərə verdikləri dəstəyi xüsusi vurğulayıblar.
İcma nümayəndələri isə öz növbəsində region rəhbərliyini Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünə davamlı dəstək verəcəklərinə əmin ediblər.
Görüşdə Odessada yaşayan diaspor fəalı və jurnalist Anar Natiqoğlu da iştirak edib.
Samir
MİA.AZ
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR