"Qalatasaray" Derrik Köhnü satıb - 4.5 milyon avroya...

img

20-08-2025 [00:09]


"Qalatasaray"ın 26 yaşlı sol cinah müdafiəçisi Derrik Köhn Almaniya Bundesliqa komandası "Union Berlin"lə müqavilə imzalayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray" oyunçunu bonuslar da daxil 4.5 milyon avroya "Union Berlin"ə satıb.

Xatırladaq ki, 2023-2024 mövsümünün ortasında transfer olduğu "Qalatasaray"da 19 matçda forma geyinən 26 yaşlı Köhn 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA