Rusiya Türkiyəyə sığınan müğənnini axtarışa verdi - “Eurovision”un qalibi niyə "qara siyahı"ya alınıb?
22-11-2023 [09:57]
“Eurovision 2016"nın qalibi, Ukraynaya hücumla bağlı Türkiyəyə sığınan Camala Rusiyada axtarışa verilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölkəsindəki müharibəyə görə ailəsi ilə birlikdə Türkiyəyə gələn ukraynalı müğənni Camalanın Rusiyada axtarışa verilməsinin səbəbi onun rus hərbçiləri və hökuməti barədə sərt tənqidi fikirləridir.
Rusiyanın “Mediazona” xəbər saytının məlumatına görə, Rusiyada məhkəmə əsl adı "Susana Camaladinova" olan müğənni haqqında ötən ay qiyabi həbs qərarı çıxarıb: "Krım tatarı Camala Rusiya ordusu haqqında “yalan məlumat yaymaqda” ittiham olunur".
Rusiyanın “Telegram” kanalı “Shot” bildirib ki, Camalanın axtarışa verilməsinə səbəb onun ötən il Rusiyanın Ukraynanın Buça şəhərində mülki əhaliyə qarşı törətdiyi qətliamlarla bağlı paylaşımları olub: "Rusiya isə Ukraynanın paytaxtı Kiyev yaxınlığındakı Buçada mülki əhalinin əsgərləri tərəfindən qətlə yetirildiyinə dair iddiaların “yalan” olduğunu iddia edir".
Hazırda Avstraliyada olan Camala Rusiyada axtarışda olanlar siyahısına əlavə olunmasına Sidney Opera Evi qarşısından etdiyi paylaşımla reaksiya verib. O, "İnstaqram"dakı səhifəsində əli ilə üzünü örtən qadın fotosu paylaşaraq, axtarışa verilmə xəbərinin linkini yayıb.
Xatırladaq ki, 40 yaşlı müğənni Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya təcavüzünə başlayandan sonra ötən il ailəsi ilə birlikdə ölkəsini tərk edib. Həyat yoldaşı və iki uşağı ilə İstanbula gələrək sığınacaq istəyən müğənni "Türkiyəyə qaçqın kimi gələcəyimi heç düşünməmişdim. Həyat yoldaşım məni fevralın 24-ü səhər saat 05:00-da oyandırıb, Kiyevə hücum olduğunu söylədi. Əvvəlcə nə edəcəyimi bilmədim. Çox çətin idi. Qərarsız idik. Uşaqlarımızı götürüb sığınacaqlara düşdük. Sonra siren səsi eşidildi, xəbərdarlıq yenə iki dəfə gəldi və biz yenidən sığınacaqlara enməli olduq.Axşam saatlarına yaxın bütün Ukraynanın mühasirəyə alındığını və müxtəlif şəhərlərdə bomba səslərinin eşidilməyə başladı və biz Kiyevi tərk etməli olduq...", - demişdi.
Onu da qeyd edək ki, Camala 7 il əvvəl ingilis və tatar dillərində oxuduğu "1944" mahnısı ilə "Eurovision" Mahnı Müsabiqəsinin qalibi olub.
Mahnı 1940-cı illərdə Sovet İttifaqının o vaxtkı lideri İosif Stalinin göstərişi ilə təxminən 200 min Krım tatarının faşistlərlə əməkdaşlıq etdiyi iddiası ilə öz vətənlərindən deportasiya edilməsindən bəhs edir.
Ləman
MİA.AZ
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu