"Konyaspor" Cekson Muleka ilə anlaşıb

img

20-08-2025 [09:36]


Səudiyyə Ərəbistanının "Əl-Kholood" komandasında çıxış edən 25 yaşlı Demokratik Konqolu mərkəz hücumçusu Cekson Muleka "Konyaspor"la anlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Muleka hava limanında onu gözləyən azarkeşləri qarşıladıqdan sonra maşın ilə ərazini tərk edib.

 25 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

Muleka daha əvvəl "Kasımpaşa" və "Beşiktaş"da çıxış edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA