"Keçiörengücü" müdafiəçi transfer edib

img

22-07-2025 [12:59]


1-ci Liqa komandalarından "Keçiörengücü" Gürkan Başkanı transfer edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama verib:

"Keçiörengücü komandamız Gürkan Başkanla anlaşıb. Gürkanı klubumuzda salamlayırıq və ona bənövşəyi-ağ formada uğurlarının davamını arzulayırıq."

Xatırladaq ki, "Fənərbağça"nın gənclər akademiyasında məşq edən 23 yaşlı müdafiəçi "Muğlaspor", Portuqaliyanın "Famalicao", "Karacabey Belediyespor" və son olaraq "İsparta 32 Spor"da forma geyinib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA