Daha iki sığorta şirkəti qanunu pozub

img

15-07-2025 [17:08]


Azərbaycan Mərkəzi Bankı daha iki sığorta şirkətinə qanunverciliyin tələblərini pozduğu üçün məcburi sərəncam verib.

Mia.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki,  "Atəşgah" və "Meqa Sığorta" şirkətlərində AMB tərəfindən monitorinq aparılıb.

Məlum olub ki, sözügedən sığorta şirkətləri müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələri bağlamayıb. Mərkəzi Bank “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, şirkətlərə icrası məcburi sərəncam verilib.

Qeyd edək ki, AMB bundan əvvəl “İpək Yolu Sığorta”, “PAŞA Sığorta”, “Xalq Sığorta” və “Azərbaycan Sənaye Sığorta” ASC-lərə eyni pozuntu halı ilə bağlı, "AtaSığorta"ya isə kibertəhlükəsizlik tələblərinin pozulması faktı ilə bağlı icrası məcburi sərəncam verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA