İlham Əliyevlə İran prezidenti bir arada: nələr müzakirə olundu? - FOTOLAR
GÜNDƏM
04.07.2025, 18:43
Xankəndidə iyulun 4-də Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkianın görüşü olub.
Mia.az xəbər verir ki, dövlət başçıları söhbət zamanı Azərbaycanla İranın dost, qonşu, qardaş ölkələr olduqlarını vurğulayaraq, ölkələrimiz arasında mədəni, etiqad, ənənələr, etnik baxımdan qohumluq və qardaşlıq əlaqələrinin mövcudluğunu qeyd etdilər.
Azərbaycan dövlət başçısı dəvəti qəbul edib İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirakına görə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana təşəkkürünü bildirdi, onun bu səfərinin və keçirilən görüşün Azərbaycan-İran ikitərəfli əlaqələrinin, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından əhəmiyyətli olduğunu dedi.
Məsud Pezeşkianın bu ilin aprelində Azərbaycana rəsmi səfərinin ikitərəfli əlaqələrdə yeni səhifə açdığını vurğulayan Prezident İlham Əliyev həmin səfər zamanı müzakirə olunan mövzuların həyata keçirilməsi üçün hökumətlərarası komissiyanın rəhbərləri və aidiyyəti dövlət qurumları tərəfindən ardıcıl surətdə işlərin aparıldığını qeyd etdi.
Dövlət başçısı İsraillə İran arasında qarşıdurmanın baş verməsindən dərhal sonra İrana qarşı olan bu hərəkətlərin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən qınanıldığını bildirdi. Prezident İlham Əliyev bu qarşıdurmada İranın rəsmi və mülki şəxslərinin həlak olması ilə əlaqədar bir daha Azərbaycan tərəfinin İran xalqına başsağlığını çatdırdı, Azərbaycan dövlətinin və xalqının İran dövləti və xalqı ilə həmrəyliyini, dəstəyini ifadə etdi. Dövlətimizin başçısı Azərbaycanın həmişə haqq-ədalətin tərəfdarı olduğunu vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, müsəlman ölkələri, o cümlədən qonşu dövlətlər ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biridir.
İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Azərbaycanda, Xankəndi şəhərində təşkil edilməsini və gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Azərbaycanda keçiriləcəyini vurğulayan dövlət başçısı bütün bunları İslam dünyası tərəfindən ölkəyə olan etimadın və hörmətin növbəti nümunəsi kimi qiymətləndirdi.
İran İslam Respublikasının Prezidenti də İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırdı.
Azərbaycana rəsmi səfərini və keçirilmiş görüşləri məmnunluqla xatırlayan Məsud Pezeşkian səfərin nəticəsi olaraq Azərbaycan-İran əlaqələrində yeni səhifənin açıldığını vurğuladı, bu xüsusda, artıq Bakı ilə Tehran, Bakı ilə Təbriz arasında təyyarə reyslərinin artırılmasını, Ağbənd-Kəlalə avtomobil yolu körpüsünün tikintisi istiqamətində işlərin aparılmasını qeyd etdi və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxundu.
İran Prezidenti İsraillə baş vermiş qarşıdurma zamanı Azərbaycanın göstərdiyi dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirdi.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə, həmçinin ECO çərçivəsində əlaqələrin genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıldı.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Liviyanın paytaxtında etirazlar böyüyür: Yük maşınları ilə dövlət qurumlarının qarşısı kəsildi - FOTOLAR
Bugün, 00:09 DÜNYA
-
İtaliya millisində yenidən Mançini dönəmi başladı
Bugün, 00:08 İDMAN
-
"Məni dəyənəklə döysələr belə..." - Bələdiyyə sədrləri CHP-dən istefa verdilər
Bugün, 00:01 SİYASƏT
-
Müavinlər müşavir təyin edildi - "Xalq Bank"da İH üzvlərinin sayı ixtisara salındı
28.07.2026, 23:27 İQTİSADİYYAT
-
Türkiyə ilə İraq arasında beş müqavilə imzalanıb
28.07.2026, 23:10 DÜNYA
-
Məhkəmə idarəni 32 min manat cərimələyib - Qanunsuz işdən çıxarılanlara görə
28.07.2026, 23:06 CƏMİYYƏT
-
İraq Türkiyəyə hər gün bir milyon barel neft tədarük edəcək
28.07.2026, 22:39 İQTİSADİYYAT
-
Xəzərdə daha bir nəfər boğulub
28.07.2026, 22:38 GÜNDƏM
-
Yay Məktəbi iştirakçıları Veysəloğlu Şirkətlər Qrupunda maarifləndirici infoturda - VİDEO
28.07.2026, 22:20 CƏMİYYƏT
-
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
28.07.2026, 21:58 CƏMİYYƏT
-
Çempionlar Liqası: "Sabah" növbəti mərhələyə yüksəldi (YENİLƏNİB)
28.07.2026, 20:55 İDMAN
-
Bakıda ermənilərin məhkəməsi: "Apellyasiya şikayətlərində irəli sürülən dəlillər təsdiqini tapmayıb" - Harutyunyan, Qukasyan, İşxanyan...
28.07.2026, 19:15 GÜNDƏM
-
Gömrük Komitəsinin keçmiş sədrinin bacanağına cinayət işi açıldı - DETALLAR
28.07.2026, 18:58 GÜNDƏM
-
Türkiyədə Zəngəzur dəhlizi ilə bağlı monoqrafiya nəşr olunub
28.07.2026, 18:58 SİYASƏT
-
Agentlik 689 min manatlıq geyim alır
28.07.2026, 18:24 İQTİSADİYYAT
-
900 min avroya alınan futbolçu 15 milyon avroya satıldı - Türk klubu daha bir çek-pot qazandı
28.07.2026, 18:02 İDMAN
-
Ceyhun Bayramov Almaniya səfiri ilə görüşdü - Nələr müzakirə edilib?
28.07.2026, 17:45 SİYASƏT
-
I və IV ixtisas qrupları üzrə imtahanın nəticələri açıqlandı - Ən yüksək bal toplayanlar kimlərdir?
28.07.2026, 17:25 GÜNDƏM
-
Məşhur futbolçu küçədə qarət olunub - 5 silahlı şəxs tərəfindən
28.07.2026, 17:22 İDMAN
-
İsrail Quran yayımlayan radionu bağlayıb
28.07.2026, 17:06 PRESS
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
28.07.2026, 17:00 İQTİSADİYYAT
-
Yaponiyada 7.1 bal gücündə zəlzələ baş verib
28.07.2026, 16:54 DÜNYA
-
Bloger Ceyran botoksdan sonra iflic olub? - "Boğuluram, qolumu aça bilmirəm"
28.07.2026, 16:51 ŞOU-BİZNES
-
Müəllimi güllələyən şagirdə belə hökm verildi
28.07.2026, 16:36 KRİMİNAL
-
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
28.07.2026, 16:28 GÜNDƏM
-
Elşad Xose xəstəxanaya yerləşdirilib -VİDEO + Açıqlamalar (Yenilənib)
28.07.2026, 16:06 MƏDƏNİYYƏT
-
"İNCƏSƏNƏT 88” QRUPU BİR ARADA... - Qrupun fəal üzvü Natella Zamanovanın 60 illik yubileyinə sözardı... (FOTOLAR)
28.07.2026, 15:52 MƏDƏNİYYƏT
-
Sahibə Qafarova Efiopiyaya gedib
28.07.2026, 15:42 SİYASƏT
-
Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri vəzifədən azad olundu
28.07.2026, 15:24 CƏMİYYƏT
-
TƏBİB-də daha bir dəyişiklik gözlənilir
28.07.2026, 15:07 GÜNDƏM
-
"Qalatasaray"ın brazilyalı futbolçusu: "Məni yığmaya çağıracaqdılar, ancaq..."
28.07.2026, 14:24 İDMAN
-
AZƏRBAYCANIN BU ÖLKƏLƏRDƏKİ SƏFİRLƏRİ GERİ ÇAĞIRILDI - Yeni təyinatlar (Yenilənib)
28.07.2026, 14:04 GÜNDƏM
-
Vergi Məcəlləsinə daha bir dəyişiklik edildi
28.07.2026, 13:54 İQTİSADİYYAT
-
Azərbaycan ilə Ukrayna arasında müqavilə təsdiqləndi - Prezident tərəfindən...
28.07.2026, 13:52 GÜNDƏM