Türkiyədə təyyarə qəzasına düşən biznesmen həlak olub - Arvadı isə möcüzə sayəsində sağ qalıb

img

03-07-2025 [08:37]


Dünən Türkiyədə iş adamı Mehmet Demirci və həyat yoldaşının içində olduğu və Bayburt-Ərzurum istiqamətində qəzaya uğrayan M20 j tipli kiçik tutumlu təyyarənin qalıqları tapılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə günü iş adamı və xanımının qəzada öldüyü iddia olunsa da, təyyarənin qalıqları tapıldıqan sonra məlumatın qismən yanlış olduğu aydınlaşıb.

Təyyarənin qalıqlarının tapıldığı Rizenin valisi İhsan Səlim Baydaş bildirib ki, təyyarədəki sərnişinin (iş adamının xanımı - Mia.az) sağ olub: "O, təyyarədən salamat xilas edilib. Təəssüf ki, pilot (iş adamı - Mia.az) həyatını itirib"

Məlumatda deyilir ki, təyyarə Rizə ərazisindəki dağlıq əraziyə düşübmüş...

Ləman
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA