Caner Erkin super liqanın sürpriz komandasına keçir

Caner Erkin super liqanın sürpriz komandasına keçir

İDMAN

25.06.2025, 11:48

“Eyüpspor”la müqaviləsi başa çatdığı üçün ayrılan təcrübəli sol cinah müdafiəçisi Caner Erkinin yeni ünvanı bəlli olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, superliqaya yeni yüksələn “Kocaelispor”la anlaşıb.

Məlumata görə, 36 yaşlı Caner Erkin bir neçə günə yeni klubu ilə birillik müqavilə balayacaq

Qeyd edək ki, Erkin ötən mövsüm “Eyüpspor”un heyətində 28 rəsmi matçın 18-də ilk 11-də meydana çıxıb.

Fərid ASLAN
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR