"Real Madrid" Karlo Ançellotti ilə yollarını ayırdığını açıqlayıb

img

23-05-2025 [18:45]


Real Madrid Karlo Ançelotti ilə yollarını ayıracağını rəsmən açıqlayıb. Ançelottinin sabah İspaniya yığmasını çalışdıracağı son matçına çıxacağı bildirilir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klubdan verilən açıqlamada deyilib:

"123 illik klub tariximizin ən uğurlu dönəmlərindən birinə imza atan və klubumuzda ən çox çempionluq qazanan məşqçiyə həyatının bu yeni mərhələsində uğurlar arzulayırıq. Santiaqo Bernabeu Karlo Ançelottinin sabah Real Madridin baş məşqçisi kimi son matçına hörmətlə yanaşacaq”.

Xatırladaq ki, Ançellotti, 3 UEFA Çempionlar Liqası, 3 Klublararası Dünya Kuboku, 3 UEFA Super Kuboku, 2 La Liqa çempionluğu, 2 İspaniya Kral Kuboku və 2 İspaniya Super Kubokunun qalibi olub.

Fərid 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:34 23.05.2025

Sabah yağış yağacaq