Hebrondakı İbrahimi məscidinə İsrail bayraqları asılıb - FOTO

img

29-04-2025 [16:52]


Bir qrup israillilər bu gün İordan çayının qərb sahilindəki Hebron şəhərində yerləşən Haram İbrahimi məscidinin divarlarına və qalaya çoxlu İsrail bayraqları asıblar.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA-ya  Fələstinin Vəqflər və Dini İşlər Nazirliyi açıqlama verib.

Nazirlikdən bildirilib ki, bu, qəbuledilməz hadisədir: “Bu, İbrahimi məscidinin müqəddəsliyini açıq şəkildə pozmaq, müsəlmanlara qarşı təxribatdan başqa bir şey deyildir. Beynəlxalq ictimaiyyət və dini mədəniyyəti qoruyan təşkilatlar İsrailin bu qəbuledilməz davranışlarına son verməlidirlər"

Xatırladaq ki, Haram-ı İbrahim müsəlmanlar üçün 4-cü müqəddəs məscid sayılır

Tahir Şəlvəli
MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR