Trampdan İranla bağlı açıqlama: "Danışıqlarımız çox yaxşı gedir"

img

24-04-2025 [23:45]


ABŞ prezidenti Tramp Oval kabinetdə Norveçin baş naziri Jonas Gahr Store ilə görüşündə İranla başlayan danışıqlardan söz açıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, İranla danışıqların müsbət atmosferdə getdiyini gizlətməyib.

Tramp deyib: "Düşünürəm ki, İranla bağlı çox yaxşı iş görürük, Çox ciddi danışıqlar aparırıq. İranla razılaşmaya çox yaxınıq."

ABŞ prezidenti İranla nüvə danışıqları ilə bağlı iki variantın olduğunu bildirib və detala varmadan "Bu variantlardan heç biri də yaxşı variant deyil” deyib: "İrana nüvə razılaşmasına nail olmaq üçün 2 ay vaxt verilib".

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA