Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - Müzakirə + FOTO
GÜNDƏM
12.03.2025, 18:09
Prezident İlham Əliyev martın 12-də İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xanı qəbul edib.
Mia.az xəbər verir ki, dövlətimizin başçısı bu il Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyi edəcəyini deyərək, Əsəd Məcid Xanın ölkəmizə səfərinin zirvə toplantısına hazırlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını qeyd etdi.
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu vurğulayan Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz təşkilat çərçivəsində üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsinə və gündəlikdə duran məsələlərin irəli aparılmasına öz töhfəsini verməyə hazırdır.
Əsəd Məcid Xan da öz növbəsində Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu dedi və ölkəmizin təşkilatın alt strukturlarına ev sahibliyi etməsini, gündəlikdə duran məsələlərin həyata keçirilməsi işinə daim dəstək verməsini məmnunluqla vurğuladı. Qonaq təşkilata üzv dövlətlərin tarixi, mədəni və coğrafi yaxınlığı, din və digər sahələrdə ortaq dəyərləri, bənzərlikləri bölüşdüyünü deyərək, təşkilat çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanların və perspektivlərin olduğunu qeyd etdi.
Baş katib Əsəd Məcid Xan ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsi sahəsində zəngin təcrübəyə malik olduğunu, xüsusilə COP29-u uğurla keçirdiyini vurğuladı və İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinin də Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini bildirdi.
Qonaq səfər çərçivəsində XII Qlobal Bakı Forumunda iştirak edəcəyini məmnunluqla vurğuladı və bu forumun dünya miqyasında qlobal məsələlərin müzakirəsi baxımından vacib platformalardan biri olduğunu qeyd etdi.
Söhbət zamanı Azərbaycan ilə İqtisadi Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakıda WUF13-ün ikinci günü işinə başlayıb
Bugün, 09:10 GÜNDƏM
-
Əmrə Mor "Fənərbağça"dan getdi
Bugün, 09:00 İDMAN
-
MHP lideri Öcalan haqda elə təklif verdi ki… - “Ona yeni status verilməli, PKK-ya təsir gücü yaradılmalıdır”
Bugün, 08:48 SİYASƏT
-
İranda mülki əhaliyə silah təlimi keçirilir - Tehranın mərkəzi meydanında…
Bugün, 08:32 GÜNDƏM
-
İsrail Livana hücum edib – Ölən və yaralananlar var
Bugün, 08:31 DÜNYA
-
Trampın Çinə səfəri: liderlər nələrə razılaşıb? – DETALLAR
Bugün, 08:12 İQTİSADİYYAT
-
"Keçmiş "Azərsu" ASC-nin rəhbəri haqda maraqlı məlumat yayıldı - Qaynı bu ölkədə böyük biznes qurub
Bugün, 08:07 İQTİSADİYYAT
-
TRAMP İRANA “TƏLƏSİN” MESAJI VERDİ: “Əks halda, çox sərt vurulacaqsınız”
Bugün, 00:22 GÜNDƏM
-
“Qalatasaray” uduzdu, “Kasımpaşa” Super Liqada qaldı
Bugün, 00:14 İDMAN
-
“Antalyaspor” Super Liqa ilə vidalaşdı
Bugün, 00:13 İDMAN
-
Türkiyədə iki polis güllələndi - FOTO
Bugün, 00:09 KRİMİNAL
-
BƏƏ-nin hava məkanında naməlum dronlar… - Hava müdafiə sistemləri işə düşdü
Bugün, 00:05 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 MƏDƏNİYYƏT
-
ABŞ-da iki qırıcı toqquşdu
Bugün, 00:01 DÜNYA
-
“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO
17.05.2026, 22:46 İDMAN
-
SOCAR prezidentinin müşavirinə yüksək vəzifə verildi - Sabiq nazir rəhbər təyin olundu (FOTO)
17.05.2026, 22:39 GÜNDƏM
-
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO
17.05.2026, 21:06 GÜNDƏM
-
Aleksandar Vuçiç Azərbaycana gəldi - Prezidentlə görüş oldu + FOTOLAR (Yenilənib)
17.05.2026, 18:07 GÜNDƏM
-
İlham Əliyev BƏƏ-nin energetika və infrastruktur nazirini qəbul etdi - FOTOLAR
17.05.2026, 16:52 GÜNDƏM
-
WUF13-də BMT və Azərbaycanın bayraqları qaldırılıb
17.05.2026, 16:45 SİYASƏT
-
Bu gün magistraturalara qəbul imtahanı keçirilib (Yenilənib)
17.05.2026, 14:51 GÜNDƏM
-
İlham Əliyev Keniya Prezidenti ilə görüşüb
17.05.2026, 13:11 GÜNDƏM
-
Prezident İlham Əliyev Məryəm Nəvaz Şəriflə görüşüb - FOTOLAR(Yenilənib)
17.05.2026, 11:35 GÜNDƏM
-
Prezident İlham Əliyev Krallı qəbul etdi - FOTO
17.05.2026, 11:16 GÜNDƏM
-
Naxçıvana uçuş təxirə salındı: uşaqlı ailələr ac-susuz qalıb - Sərnişin əvəzinə karqo daşınır? + AÇIQLAMA (YENİLƏNİB)
17.05.2026, 10:43 GÜNDƏM
-
WUF13 çərçivəsində nazirlərin dəyirmi masası başlayıb
17.05.2026, 10:09 GÜNDƏM
-
WUF13-lə bağlı mükafat yaradılıb
17.05.2026, 09:23 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
17.05.2026, 00:03 CƏMİYYƏT
-
"WUF13Azerbaijan": "Bakı hazırdır!"
16.05.2026, 23:04 GÜNDƏM
-
Səlim Müslümovun 700 minlik evi: 231 min manat endirim oldu, yenə alan yoxdur!
16.05.2026, 21:47 GÜNDƏM
-
SÖZÜM SİZƏDİR: NARAZI VƏ "ƏLİ PAYALI" VALİDEYNLƏR...
16.05.2026, 21:40 YAZARLAR
-
DSX rəisi Britaniya kralı ilə bir arada - FOTOLAR
16.05.2026, 17:27 GÜNDƏM
-
Hacıbaba Əzimov dünyasını dəyişib
16.05.2026, 16:38 GÜNDƏM
-
Partiya sədri: "Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini kəskin tənqid edib" - "Düz deyir, kasıb-kusub yaşayan yerlər nə vaxtdan şəhər olub?"
16.05.2026, 16:27 GÜNDƏM