İsrail həbsxanasında daha bir fələstinli ölüb

img

03-03-2025 [17:37]


İsrailin Megiddo həbsxanasında məhkum fələstinli Xalid Mahmud Qasim Abdullah ölüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı (FAT) bəyanat yayıb.

FAT-dan bildirilib ki, 40 yaşlı Xalid Mahmud Qasim Abdullah 9 noyabr 2023-cü ildə işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin Qaçqınlar Düşərgəsində keçrilən əməliyyatla saxlanlıbmiş: "Abdulla fevralın 25-də İsrailin şimalındakı Megiddo həbsxanasında ölsə də, bu barədə yaxınlarına vaxtında məlumat verilməyib".

FAT-ın bəyantında o da deyilir ki, bununla da  son bir həftədə İsrail həbsxanalarında 3-cü fələstinlinin öülüm xəbəri təsdiqlənib.

Ailəsi isə iddia edir ki, Abdullahın səhhətində problem olmayıb: "Abdullah evli, 4 uşaq atası idi. Onun iki qardaşı da İsrail tərəfindən inzibati məhbus kimi saxlanılır".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR