“Əqrəb mövsümü” serialı qalmaqal yaratdı: vəkillik peşəsi aşağılandı - Kollegiya etiraz edir
MƏDƏNİYYƏT
17.02.2025, 10:46
"Təəssüf hissi ilə qeyd edirik ki, son günlər İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV kanalı) efirində yayımlanan “Əqrəb mövsümü (İki dünya bir olsa da)” serialında vəkillik peşəsinə qarşı kəskin ifadələr, hətta kobud səslənən sözlər işlədilməsinin şahidi oluruq. Belə ki, serialın 08.02.2025-ci il və 15.02.2025-ci il tarixlərdə yaymlanan bölümlərində film personajının dili ilə vəkillik peşəsinə dair bəzi xoşagəlməz ifadələri işlədilmişdir".
Mia.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının Mətbuat xidməti etibar bəyanatı yayıb.
Bildirilib ki, sözügedən ifadələrin işlədilməsi cəmiyyətdə vəkillik peşəsinə, həmçinin Vəkillər Kollegiyasının nüfuzuna təsirsiz ötüşməyərək vəkillərimizə qarşı mənfi fikir formalaşmasına xidmət etmək gücündədir:
"Odur ki, vəkillərimizin haqlı narazılığını başa düşür və onlara vəkillik peşəsinin xüsusi özəlliklərindən biri olan səbir nümayiş etdirməyi xahiş edirik.
Bildiririk ki, İTV kanalının “Əqrəb mövsümü (İki dünya bir olsa da)” serialında vəkillik peşəsinə qarşı səslənən fikirləri hər hansı bir maneə olmadan efirə verməsi “Media haqqında” Azərbaycan Respublikasının Qanunun 14.1-ci, 39.1.3-cü maddələrinin tələblərinin pozulması deməkdir. Belə ki, Qanunun 14.1.6-cı maddəsinə görə, mediada dərc olunan və (və ya) yayımlanan informasiyada əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir. Həmçinin, Qanunun 14.1.7-ci maddəsinə görə, mediada dərc olunan və (və ya) yayımlanan informasiyada şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir.
İctimai Televiziya və Radio Yayımları Şirkəti “Media haqqında” Azərbaycan Respublikasının Qanunun 1.1.5-ci maddəsinə görə audiovizual media olaraq, Qanunun 39.1.3-cü maddəsinə əsasən, Qanunun 14.1-ci və 14.2-ci maddələrində nəzərdə tutulmuş tələblərə riayət etmək kimi vəzifəsi mövcuddur.
Bildirmək istərdik ki, qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən qanunauyğun addımlar atılacağı qərara alınmış və yaxın zamanda Azərbaycan Respublikasının Audiovizual Şurasına, İctimai Televiziya və Radio Yayımları Şirkətinə və zərurət yarandığı təqdirdə digər qurumlara müvafiq müraciətlər ediləcəkdir.
Bir daha hər kəsdən xahiş edirik ki, vəkilliyə qarşı münasibətdə etik normalara riayət edilsin, qeyri-etik, əxlaqdan kənar ifadələr işlədilməsin. Əks halda tərəfimizdən qanunamüvafiq tədbirlər görüləcəkdir".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Baş nazir qruplaşmaya bir həftə vaxt verdi: "Əgər əməl etməsələr..."
Bugün, 00:44 DÜNYA
-
"Şaban"ın "Yoksul" filmindəki "Leyla"sı: "Biz hələ ölmədik" - FOTO
Bugün, 00:22 MƏDƏNİYYƏT
-
Volkan Dəmirəl yeni komandanın başında - 1,5 illik müqavilə bağlandı
Bugün, 00:11 İDMAN
-
Qəzzada gərginlik artır - 4 fələstinli öldürülüb
Bugün, 00:07 DÜNYA
-
1000-dən çox inək şəhərə girdi, böyük zərər var - Bələdyyə sədri hökumətdən yardım istəyir
Bugün, 00:06 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücum var - Prezidentin Mətbuat Xidməti məlumat yayıb
15.11.2026, 23:14 SİYASƏT
-
Pərvanə Bayramqızının şeirlər kitabı çap olundu - Qulu Ağsəsin redaktorluğu ilə + FOTO
15.11.2026, 21:21 PRESS
-
Hörmüz boğazında daha iki gəmi minaya düşüb - Biri batıb
15.11.2026, 19:55 DÜNYA
-
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
15.11.2026, 19:40 GÜNDƏM
-
Naxçıvanda qadınları yasa aparan avtobus aşdı - 11 nəfər xəsarət aldı (SİYAHI)
15.11.2026, 18:00 KRİMİNAL
-
Sökülən evlərin sahiblərinə vergi güzəşti olacaq - Bəs, kompensasiya necə hesablanmalıdır?
15.11.2026, 17:49 CƏMİYYƏT
-
Azərbaycanda iki nəfər minaya düşüb, biri həlak olub (YENİLƏNİB)
15.11.2026, 17:33 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
15.11.2026, 12:18 CƏMİYYƏT
-
Azərbaycanlıların olduğu gəmiyə dron hücumu oldu - VİDEO
15.11.2026, 12:08 CƏMİYYƏT
-
"Real Madrid" Arda Gülərin maaşını artırır
15.11.2026, 11:44 İDMAN
-
Prezident İlham Əliyev Mahmud Abbasa məktub göndərdi - MƏTN
15.11.2026, 11:02 GÜNDƏM
-
Rəfah briqadasının komandiri öldürülüb
15.11.2026, 09:41 DÜNYA
-
Rəşad Məcidin anası vəfat edib
15.11.2026, 09:35 PRESS
-
"Xəzər Xəbər"in aparıcısı kanaldan ayrıldı
15.11.2026, 09:27 PRESS
-
Millətlər Liqası: 8 oyun, 7 qələbə, 1 heç-heçə...
15.11.2026, 09:00 İDMAN
-
Leyla Əliyeva COP31-də daha bir panel iclasda - FOTOLAR
15.11.2026, 00:15 GÜNDƏM
-
Ramiz Mehdiyevin qızının vəkili həbs edildi
15.11.2026, 00:04 SİYASƏT
-
İLHAM ƏLİYEVƏ BELƏ SUAL VERİLDİ: "Əgər siz dünyanın prezidenti olsaydınız..." - VİDEO
14.11.2026, 21:59 GÜNDƏM
-
"Bu xəstəlik də kökəlməyimə imkan vermir”
14.11.2026, 18:01 ŞOU-BİZNES
-
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
14.11.2026, 17:33 CƏMİYYƏT
-
Əli Abbasova ağır itki üz verib
14.11.2026, 17:02 CƏMİYYƏT
-
İCRA BAŞÇISI DEPUTATA "QIZIM SƏNƏ DEYİR, GƏLİNİM SƏN EŞİT" TAKTİKASIYLA CAVAB VERDİ - Gəncədə qrup maraqları, yoxsa... (VİDEO, FOTO)
14.11.2026, 16:33 SİYASƏT
-
Maliyyə Nazirliyi 35 dövlət qurumunda yoxlama aparır
14.11.2026, 16:30 İQTİSADİYYAT
-
Azercell və AKM kibertəhlükəsizlik sahəsində innovativ həllərin hazırlanmasına yönələn “FireWall 2026” hakatonuna start verir
14.11.2026, 16:25 İQTİSADİYYAT
-
Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz - Bahalaşma davam edəcək
14.11.2026, 15:47 İQTİSADİYYAT
-
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə...
14.11.2026, 14:29 SİYASƏT
-
"Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
14.11.2026, 14:18 GÜNDƏM
-
“Unibank”ın vəzifəli şəxsi ifşa olunub
14.11.2026, 14:04 İQTİSADİYYAT