İsrail yenə atəşkəsi pozub - Livanda binalar bombalanıb

img

04-02-2025 [00:05]


İsrail ordusu Livanla atəşkəsə baxmayaraq, işğal etdiyi ərazilərdə bu gün bir çox binaları bombalayıb.

Mia.az xarici mətbuata isinadla xəbər verir ki,  bu barədə Livan mediası xəbər və görüntülər yayıb.

Bildirilib ki, İsrail ordusu Livanın cənubunda "Hizbullahın infrastrukturunu məhv etmək" adı altında bombardmanlar həyata keçirib: "Nəticədə bir çox binalar partladılıb".

İsrail ordusu faktı təsdiqləyib. Bildirilib ki, həmin binalarda "Hizbillah"a aid silah-sursatlar olub.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR