Avropa Liqası: “Qalatasaray” - “Dinamo Kiyev" oyununda qapılara 6 qol vurulub (Yenilənib)

Avropa Liqası: “Qalatasaray” - “Dinamo Kiyev" oyununda qapılara 6 qol vurulub (Yenilənib)

İDMAN

21.01.2025, 21:25

Bu gün Avropa Liqasının VII turunda “Qalatasaray” İstanbulda “Dinamo Kiyev"lə qarşılaşıb.

Mia.az xəbər verir ki, Bakı vaxtı ilə saat 19:30-da start verilən oyuna “Qalatasaray” sürətli başlayıb.

Artıq 6-cı dəqiqədə Sançes hesabı açıb.

21-ci dəqiqədə müdafiəçi Abdürrehman Bardakçı fərqi artırıb - 2:0.

45-də ukraynalılar fərqi azaldıblar - 2:1.

53-də Osimhen "Qalatasaray"ın növbəti qoluna imza atıb - 3:1.

68-də Yarmalenko yenidən fərqi birə düşürüb - 3:2.

82-ci dəqiqədə Yarmalenko hesabı bərabərləşdirib - 3:3

Oyun bu hesabla başa çatıb.

Bu nəticədən sonra "Qalatasaray" 13 xalla 5-ci yerdə qərarlaşıb.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR