Hava şəraiti dəyişəcək - Xəbərdarlıq

Hava şəraiti dəyişəcək - Xəbərdarlıq

CƏMİYYƏT

17.01.2025, 16:10

Bakıda və Abşeron yarımadasında yanvarın 18-i axşamdan 19-u səhərədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Mia.az-a verilən məlumata görə, yağıntının yarımadanın ayrı-ayrı yerlərində qısa müddətə intensivləşəcəyi ehtimal olunur.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq yanvarın 18-i axşamdan 20-si gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. 19-u gündüz yağıntıda qısa müddətə fasilə olacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR