"Beşiktaş" daha bir məşhur məşqçi ilə danışıqlar aparır

img

17-01-2025 [00:16]


"Beşiktaş" klubunun rəhbərliyi daha bir məşhur məşqçi ilə danışıqlar aparır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu “Mançester Yunayted”in sabiq baş məşqçisi, hazırda UEFA-da matç analitiki kimi çalışan 51 yaşlı Ole Qunnar Solskjaerlə anlaşmaq üzrədir.

Türkiyə mətbuatı yazır ki, onunla danışıqlar müsbət atmosferdə davam edir və yekunlaşmaq üzrədir.

Xatırladaq ki, Ole Qunnar Solskjaer "Molde" və "Kardiff"də baş məşqçi işləyib.

Onu da qeyd edək ki, Covanni van Bronkhorstla yollarını ayıran "Beşiktaş"ın baş məşqçisi vəzifəsini müvəqqəti olaraq Serdar Topraktepe icra edir.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA