Ərdoğan deputata cibxərcliyi verdi - 200 lirə (FOTO)

img

10-01-2025 [23:14]


AK Partiyanın 8-ci A Qurultayına qatılmaq üçün Aydına gedən prezident Rəcəb Tayyib Ərdoğan burada maraqla qarşılanan addım atıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, uşaqlara müxtəlif hədiyyələr və 200 lirəlik (təxminən 9 manat) cibxərcliyi verib.

Məlumata görə, bu zaman Prezidentə yaxınlaşıb əlini öpən AK Partiyanın Aydından deputatı olan Seda Sarıbaşa da cibxərcliyi verib.

Prezidentin deputata cibxərcliyi verməsinə ətrafdakı insanlar gülümsəməklə reaksiya veriblər.

Zülfiyyə Mustafayeva
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA