Terim "Əl-Şəbab" komandası ilə anlaşdı - İki köməkçisinin adı da bəlli oldu

Terim "Əl-Şəbab" komandası ilə anlaşdı - İki köməkçisinin adı da bəlli oldu

İDMAN

26.12.2024, 22:38

Türkiyə futbolunun əfsanəvi məşqçilərindən biri olan 71 yaşlı Fatih Terim karyerasında yeni səhifə açıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Şəbab" komandası ilə anlaşan 6 ay + 1 il müddətiylə Fatih Terimin artıq köməkçiləri də bəlli olub. 

Məlumata görə, Terimin yeni komandada  köməkçiləri "Qalatasaray"ın sabiq baş məşqçisi Həmzə Hamzaoğlu və Levent Şahin olacaq.

"TRT Spor"un xəbərinə görə, Fatih Terim Səudiyyə Ərəbistanı komandasından 6 ay müddətinə 1,6 milyon dollar qazanacaq.

Fərid Aslan

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR