Prezident İlham Əliyev 5 nəfəri müavin vəzifəsinə təyin etdi - Mərkəzi Bankda dəyişiklik

img

05-12-2024 [17:12]


Prezident İlham Əliyev Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinə I müavin və dörd müavin təyin edilməsi ilə bağlı sərəncamlar imzalayıb.

Mia.z xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, indiyə qədər sədr müavini olan Əliyar Qəhrəman oğlu Məmmədyarov sədrin I müavini təyin edilib.

Bundan başqa, Milli Məclisin noyabrın 7-də AMB-nin İdarə Heyətinin üzvləri kimi təsdiqlədiyi Vüsal Cahangir oğlu Xəlilov, Əli İsmayıl oğlu Əhmədov, Toğrul Nəcəfəli oğlu Əliyev və Gülər Azər qızı Paşayevanın AMB sədrinin müavinləri təyin olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR