"Kristal”ın vergi borcu yaranıb

\"Kristal”ın vergi borcu yaranıb

İQTİSADİYYAT

Bugün, 16:23

"Kristal” Mənzil-Tikinti Kooperativinin 99,7 min manatdan çox vergi borcunun olduğu məlum olub.

Mia.az yurd.media-ya istinadən xəbər verir ki, son ay yarım ərzində MTK-nın vergi borcu 20 min manata yaxın artıb.

Tikinti Korporativi 15 noyabr 2005-ci ildə yaradılıb, 200 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Nəcibə Ağayeva Şahbaz qızıdır.

Qeyd edək ki, sözügedən MTK dəfələrlə səyyar vergi yoxlamaları zamanı pul vəsaitinin uçotdan gizlədilməsi və digər pozuntulara görə 1 milyon manat əlavə vergi, 534 min manat maliyyə sanksiyalarına məruz qalıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR