"Hadisə baş verən tunel ADY-nin, su təchizatı sistemi Su Ehtiyatları Agentliyinin balansındadır" - Eldar Əzizov "Prokurorluq araşdırma aparır" deyir

img

12-11-2024 [10:48]


"Bu dəfə bu yağışla biz zəif yerlərimizi gördük".

Mia.az-ın məlumatına görə, bunu Bakı Şəhər icra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, kanalizasiya, su təchizatı sistemi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin balansındadır. Bunun yaxşı təşkili ilk növbədə onların vəzifələridir.

"Tunellər isə "Azərtikinti"nin balansındadır. Amma buna baxmayaraq BŞİH burada azı koordinator kimi çıxış edir. Biz özümüzü bu məsuliyyətdən kənarlaşdırmırıq. Biz bu qurumlarla əməkdaşlıq edirik. Tədbirlər görülür ki, bir də belə vəziyyət təkrar olunmasın. Artıq Prokurorluqda iş açılıb. O hadisə baş verən tunel ADY-nin balansında olan tuneldir. Orada Prokurorluq tərəfindən araşdırma aparılır. Nəticə barədə məlumat veriləcək", - deyə E. Əzizov əlavə edib(APA)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA