AXCP üzvü aclıq aksiyasını dayandırıb 

img

11-11-2024 [10:07]


Həbsdə olan AXCP üzvü Famil Xəlilov 88 günlük aclıq aksiyasından sonra aclığı dayandırıb. 

Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat yayıb. 

Xəbəri Penitensiar Xidmətdən "Unikal"a təsdiqləyiblər.

Xatırladaq ki, F. Xəlilov avqustun 15-dən aclığa başlamışdı.

Qeyd edək ki, mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR