Prezident yeni avtomobil yolu ilə Mərkəzi parkın açılışını edib - FOTOLAR (Yenilənib)
GÜNDƏM
07.11.2024, 13:07
Prezident İlham Əliyev noyabrın 7-də Böyükşor–Pirşağı yeni avtomobil yolunun açılışını edib.
Mia.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Böyükşor-Pirşağı yeni avtomobil yolunun uzunluğu 12,7 kilometrdir. Yeni yol başlanğıcını Balaxanı qəsəbəsinin ərazisindən (Böyükşor gölü) götürməklə Digah və Məmmədli qəsəbələrindən keçərək Kürdəxanı və Pirşağı qəsəbələrinə qədər uzanır.
Paytaxtda nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq bu yol 1b texniki dərəcəyə uyğun olaraq ən müasir tələblər səviyyəsində inşa edilib və 6 hərəkət zolağından ibarətdir.
Layihəyə əsasən, yolboyu 6 yol ötürücüsü və bir avtomobil keçidi inşa edilib. Bundan başqa, yolboyu 3 yerdə “U” tipli geri dönüş keçidi yaradılıb.
Həm nəqliyyat vasitələrinin, həm də piyadaların ərazidə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yeni piyada səkiləri salınıb. Yeni avtomobil yolunun hər iki istiqaməti üzrə velosiped zolaqları salınıb, yolboyu müasir işıqlandırma sistemi quraşdırılıb. Layihəyə uyğun olaraq, ayırıcı zolaqlarda və yol kənarlarında əlavə abadlıq işləri görülüb. Bundan başqa, müasir tələblər nəzərə alınaraq yolun 3-cü kilometrində elektrik avtomobilləri üçün enerjidoldurma qurğuları quraşdırılıb.
Qeyd edək ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Böyükşor-Pirşağı avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunub.
***
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib.
Mia.az xəbər verir ki, dövlət başçısına paytaxtın Yasamal rayonu ərazisində yerləşən parkda görülən işlər barədə məlumat verildi.
Qeyd edək ki, Mərkəzi Parkın birinci hissəsi 2019-cu il mayın 22-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Parkın ikinci hissəsinin açılışı isə 2022-ci il dekabrın 30-da olub. Prezident İlham Əliyev açılışda iştirak edib.
Bildirildi ki, növbəti mərhələdə isə Mərkəzi Parkın üçüncü hissəsinin 9 hektar ərazisi tam abadlaşdırılıb, burada ən müasir tələblərə uyğun yeni istirahət zonası yaradılıb. Parkın yeni hissəsinin ümumi ərazisi illərdir yığılıb qalmış tullantılardan təmizlənib, torpaq səthi dəyişdirilib və müvafiq aqrotexniki tədbirlər görülüb.
Ümumilikdə parkın bu hissəsinin 7,4 hektarında 19 növdə 3 min 500 ağac, 25 mindən çox gül və kol bitkiləri əkilib. Burada yaşıllaşdırmanın daha səmərəli olması üçün əraziyə 60 min kubmetrə yaxın münbit torpaq tökülüb, müasir suvarma sistemi qurulub.
Mərkəzi Parkın yaşıllaşdırma konsepsiyasının əsas xüsusiyyəti bu istirahət məkanının ilin fəsillərini özündə əks etdirməsidir. Layihənin ən mühüm xüsusiyyətlərindən biri piyadaların Abdulla Şaiq küçəsinin hərəkət hissəsindən keçmədən maneəsiz gediş-gəlişi üçün yeraltı tunelin inşa edilməsidir. Onun inşası ilə Mərkəzi Parkın 1-ci, 2-ci və 3-cü hissələri arasında tam bağlantı yaradılıb. Ərazidə 3 fəvvarə kompleksi inşa edilib, idman qurğuları quraşdırılıb, uşaq əyləncə, həmçinin futbol-basketbol meydançaları, yaşlı insanların asudə vaxtlarının səmərəli təşkili üçün şahmat və stolüstü oyun meydançaları salınıb. Həmçinin burada süni göl və ətrafında söhbətgahlar yaradılıb ki, bu da şəhərimizin qonaqlarının və sakinlərin istirahətlərini daha maraqlı etmək üçün mühüm rol oynayır.
İstirahət parkında müasir işıqlandırma sistemi də qurulub. Ərazinin abadlaşdırılması zamanı burada XIX əsrin sonu - XX əsrin əvvəllərində inşa edilən və yerli sakinlər arasında “Təndir Hamamı” kimi tanınan tarixi memarlıq abidəsi bərpa edilərək əvvəlki simasına qaytarılıb. Parkın ətrafındakı tarixi və digər yaşayış binaları əsaslı təmir olunub, Süleyman Tağızadə və Nabat Aşurbəyova küçələrinə yeni asfalt örtüyü döşənib, piyada səkiləri və parklanma yerləri yaradılıb, işıq dirəkləri quraşdırılıb və digər işlər görülüb.
Ümumilikdə Mərkəzi Parkın üçüncü mərhələsinin tikintisi yekunlaşdıqdan, ərazidə yeni yaşıllaşdırma və abadlıq işləri görüldükdən sonra Təzəpir məscidi kompleksinin və Süleyman Tağızadə küçəsində yerləşən İmam Hüseyn” məscidinin mənzərəsi tam olaraq açılıb.
Beləliklə, Mərkəzi Parkın üçüncü hissəsinin istifadəyə verilməsi ilə keçmiş “Sovetski” adlanan ərazidə salınan parkın ümumi sahəsi 35,4 hektara çatdırılıb və bura paytaxtın ən gözəl istirahət guşələrindən birinə çevrilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı şəhərində həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi son illərdə daha da artıb. Paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni yaşıllıq zolaqlarının salınması, Bakının qədim tarixi memarlıq nümunələrinin bərpası və müasir binaların tikilib istifadəyə verilməsi ölkəmizdə həyata keçirilən abadlıq-quruculuq işlərinin davamlı xarakter aldığını nümayiş etdirir. Mərkəzi Parkın yeni istifadəyə verilən üçüncü hissəsi də paytaxtımızın daha da gözəlləşməsi, şəhərdə yaşıl guşələrin sayının artırılması və insanların səmərəli istirahəti baxımından mühüm əhəmiyyət daşıyır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Millətlər Liqası: 10 oyun oldu, hansı komandalar qalib gəldi? - Türkiyə yenə uduzdu
Bugün, 00:46 İDMAN
-
Türkiyədə televiziya kanalı bağlanıb
Bugün, 00:03 PRESS
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
Türkiyə futbolunda ard-arda baş verən qalmaqallı həbslər... - UEFA hərəkətlənib
02.10.2026, 23:44 İDMAN
-
Türkiyəli məşhur aktyorun saatı gündəm oldu - FOTO
02.10.2026, 23:37 ŞOU-BİZNES
-
Prezidentin sosial media hesablarında YAP-ın Qurultayı ilə bağlı videoçarx paylaşıldı - VİDEO
02.10.2026, 23:31 GÜNDƏM
-
TFF Okan Buruka 1, Uqoçukvuya isə 2 oyunluq cəzanı təsdiqlədi
02.10.2026, 20:12 İDMAN
-
Mərkəzi Hakimlər Komitəsinin sədrinin səs yazısı yayıldı
02.10.2026, 19:53 İDMAN
-
"Beşiktaş" "Kocaelispor" matçına hazırlaşır
02.10.2026, 19:42 İDMAN
-
"Olimpik Marsel" gənc oyunçusunun müqaviləsini uzadıb
02.10.2026, 19:24 İDMAN
-
Ferran Torres zədə səbəbindən İspaniya millisindən çıxarılıb
02.10.2026, 18:52 İDMAN
-
Avropa Trampın təhdidinə boyun əydi: 50 milyon barel dizel ehtiyatı satışa çıxarıldı
02.10.2026, 18:44 İQTİSADİYYAT
-
“Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTOLAR
02.10.2026, 18:28 CƏMİYYƏT
-
Qana milli komandası baş məşqçisi ilə yollarını ayırdı
02.10.2026, 18:17 İDMAN
-
"Türkiyə gözəli" indi Qocalar evində yaşayır: "Kaş ki, o günlər olaydı..." - FOTOLAR
02.10.2026, 18:09 MƏDƏNİYYƏT
-
"Musa Musayev DSK sədridir, o, partiyada necə vəzifə tuta bilərdi ki?" - Sabiq deputatla bağlı yayılan xəbər yalan çıxdı
02.10.2026, 18:01 SİYASƏT
-
122 metr hündürlüyündə saray saldı: helikopter dayanacağı və... - Ancaq köçmədən üzərinə həbs qoyuldu + FOTOLAR
02.10.2026, 17:49 DÜNYA
-
Hafiz Paşayev "CAMCA Forum 2026" mükafatı ilə təltif edilib
02.10.2026, 17:47 SİYASƏT
-
Siqaret qaçaqmalçılığında təqsirləndirilən şəxslər ev dustaqlığına buraxılıb
02.10.2026, 17:45 KRİMİNAL
-
82 yaşlı Hacıbala Abutalıbov suallardan qaçdı - VİDEO
02.10.2026, 17:24 SİYASƏT
-
Sahibkarlar və şirkətlər üçün KSM üzrə seminarlar başa çatıb - Biznes nümayəndələrinin KSM sahəsindəki real ehtiyacları və təklifləri qeydə alınıb (FOTOLAR)
02.10.2026, 17:09 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
02.10.2026, 17:00 İQTİSADİYYAT
-
İlham Əliyevin yeni mesajlarından çıxan nəticələr... - TƏHLİL
02.10.2026, 16:53 SİYASƏT
-
Vasif Talıbov və keçmiş deputatlara etimad göstərilmədi - YAP-ın İdarə Heyəti və Təftiş Komissiyasının yeni tərkibi bəlli oldu + SİYAHI
02.10.2026, 16:49 SİYASƏT
-
SAHİL BABAYEVİN I MÜAVİNİ YENİ VƏZİFƏYƏ SEÇİLDİ
02.10.2026, 16:45 İQTİSADİYYAT
-
Xocalı Soyqırımı Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi
02.10.2026, 16:19 MƏDƏNİYYƏT
-
Bölgələrə yağış yağır
02.10.2026, 16:15 GÜNDƏM
-
PREZİDENT YAP-ın QURULTAYINDA SƏRT MESAJLAR VERDİ: "Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın" - "Özümüzü ideoloji təxribatlardan qorumalıyıq" + FOTOLAR (YENİLƏNİR)
02.10.2026, 16:03 GÜNDƏM
-
"Aqrar sahə haqqında" layihədə nələr olacaq? - Prezident İlham Əliyevin təşəbbüsü ilə fəsil, 28 maddədən ibarət qanun hazırlanıb (YENİLƏNİB)
02.10.2026, 15:57 İQTİSADİYYAT
-
Prorektor vəzifədən çıxarıldı, yerinə professor gətirildi
02.10.2026, 15:46 CƏMİYYƏT
-
Fərid Nadirov müşavir təyin olundu
02.10.2026, 15:33 İQTİSADİYYAT
-
Sabiq nazir "Şərəf" ordeni ilə təltif edilib - SƏRƏNCAM
02.10.2026, 15:31 GÜNDƏM
-
İran İraqı iki ölkə arasında uçuşları bərpa etməyə çağırdı
02.10.2026, 15:14 DÜNYA
-
Deputat: "Pensiyalarn növbəti dəfə indeksləşdirilməsi diferensial həyata keçiriləcək"
02.10.2026, 15:06 İQTİSADİYYAT