Prezident yeni avtomobil yolu ilə Mərkəzi parkın açılışını edib - FOTOLAR (Yenilənib)
GÜNDƏM
07.11.2024, 13:07
Prezident İlham Əliyev noyabrın 7-də Böyükşor–Pirşağı yeni avtomobil yolunun açılışını edib.
Mia.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Böyükşor-Pirşağı yeni avtomobil yolunun uzunluğu 12,7 kilometrdir. Yeni yol başlanğıcını Balaxanı qəsəbəsinin ərazisindən (Böyükşor gölü) götürməklə Digah və Məmmədli qəsəbələrindən keçərək Kürdəxanı və Pirşağı qəsəbələrinə qədər uzanır.
Paytaxtda nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq bu yol 1b texniki dərəcəyə uyğun olaraq ən müasir tələblər səviyyəsində inşa edilib və 6 hərəkət zolağından ibarətdir.
Layihəyə əsasən, yolboyu 6 yol ötürücüsü və bir avtomobil keçidi inşa edilib. Bundan başqa, yolboyu 3 yerdə “U” tipli geri dönüş keçidi yaradılıb.
Həm nəqliyyat vasitələrinin, həm də piyadaların ərazidə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yeni piyada səkiləri salınıb. Yeni avtomobil yolunun hər iki istiqaməti üzrə velosiped zolaqları salınıb, yolboyu müasir işıqlandırma sistemi quraşdırılıb. Layihəyə uyğun olaraq, ayırıcı zolaqlarda və yol kənarlarında əlavə abadlıq işləri görülüb. Bundan başqa, müasir tələblər nəzərə alınaraq yolun 3-cü kilometrində elektrik avtomobilləri üçün enerjidoldurma qurğuları quraşdırılıb.
Qeyd edək ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Böyükşor-Pirşağı avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunub.
***
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib.
Mia.az xəbər verir ki, dövlət başçısına paytaxtın Yasamal rayonu ərazisində yerləşən parkda görülən işlər barədə məlumat verildi.
Qeyd edək ki, Mərkəzi Parkın birinci hissəsi 2019-cu il mayın 22-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Parkın ikinci hissəsinin açılışı isə 2022-ci il dekabrın 30-da olub. Prezident İlham Əliyev açılışda iştirak edib.
Bildirildi ki, növbəti mərhələdə isə Mərkəzi Parkın üçüncü hissəsinin 9 hektar ərazisi tam abadlaşdırılıb, burada ən müasir tələblərə uyğun yeni istirahət zonası yaradılıb. Parkın yeni hissəsinin ümumi ərazisi illərdir yığılıb qalmış tullantılardan təmizlənib, torpaq səthi dəyişdirilib və müvafiq aqrotexniki tədbirlər görülüb.
Ümumilikdə parkın bu hissəsinin 7,4 hektarında 19 növdə 3 min 500 ağac, 25 mindən çox gül və kol bitkiləri əkilib. Burada yaşıllaşdırmanın daha səmərəli olması üçün əraziyə 60 min kubmetrə yaxın münbit torpaq tökülüb, müasir suvarma sistemi qurulub.
Mərkəzi Parkın yaşıllaşdırma konsepsiyasının əsas xüsusiyyəti bu istirahət məkanının ilin fəsillərini özündə əks etdirməsidir. Layihənin ən mühüm xüsusiyyətlərindən biri piyadaların Abdulla Şaiq küçəsinin hərəkət hissəsindən keçmədən maneəsiz gediş-gəlişi üçün yeraltı tunelin inşa edilməsidir. Onun inşası ilə Mərkəzi Parkın 1-ci, 2-ci və 3-cü hissələri arasında tam bağlantı yaradılıb. Ərazidə 3 fəvvarə kompleksi inşa edilib, idman qurğuları quraşdırılıb, uşaq əyləncə, həmçinin futbol-basketbol meydançaları, yaşlı insanların asudə vaxtlarının səmərəli təşkili üçün şahmat və stolüstü oyun meydançaları salınıb. Həmçinin burada süni göl və ətrafında söhbətgahlar yaradılıb ki, bu da şəhərimizin qonaqlarının və sakinlərin istirahətlərini daha maraqlı etmək üçün mühüm rol oynayır.
İstirahət parkında müasir işıqlandırma sistemi də qurulub. Ərazinin abadlaşdırılması zamanı burada XIX əsrin sonu - XX əsrin əvvəllərində inşa edilən və yerli sakinlər arasında “Təndir Hamamı” kimi tanınan tarixi memarlıq abidəsi bərpa edilərək əvvəlki simasına qaytarılıb. Parkın ətrafındakı tarixi və digər yaşayış binaları əsaslı təmir olunub, Süleyman Tağızadə və Nabat Aşurbəyova küçələrinə yeni asfalt örtüyü döşənib, piyada səkiləri və parklanma yerləri yaradılıb, işıq dirəkləri quraşdırılıb və digər işlər görülüb.
Ümumilikdə Mərkəzi Parkın üçüncü mərhələsinin tikintisi yekunlaşdıqdan, ərazidə yeni yaşıllaşdırma və abadlıq işləri görüldükdən sonra Təzəpir məscidi kompleksinin və Süleyman Tağızadə küçəsində yerləşən İmam Hüseyn” məscidinin mənzərəsi tam olaraq açılıb.
Beləliklə, Mərkəzi Parkın üçüncü hissəsinin istifadəyə verilməsi ilə keçmiş “Sovetski” adlanan ərazidə salınan parkın ümumi sahəsi 35,4 hektara çatdırılıb və bura paytaxtın ən gözəl istirahət guşələrindən birinə çevrilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı şəhərində həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi son illərdə daha da artıb. Paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni yaşıllıq zolaqlarının salınması, Bakının qədim tarixi memarlıq nümunələrinin bərpası və müasir binaların tikilib istifadəyə verilməsi ölkəmizdə həyata keçirilən abadlıq-quruculuq işlərinin davamlı xarakter aldığını nümayiş etdirir. Mərkəzi Parkın yeni istifadəyə verilən üçüncü hissəsi də paytaxtımızın daha da gözəlləşməsi, şəhərdə yaşıl guşələrin sayının artırılması və insanların səmərəli istirahəti baxımından mühüm əhəmiyyət daşıyır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident səfirlə bağlı sərəncam imzaladı
Bugün, 16:20 GÜNDƏM
-
Bakıda ağac maşının üzərinə aşıb
Bugün, 16:07 CƏMİYYƏT
-
"Bank Respublika"nın imtiyazlı səhmləri: onu kimlər aldı? - Yeni gedişat Azərbaycan və onun bank sektoruna nə vəd edir?
Bugün, 15:45 İQTİSADİYYAT
-
Ərdoğan Trampla telefon danışığı haqda suala belə cavab verdi: "Üçurumun kənarındayıq"
Bugün, 15:40 GÜNDƏM
-
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
Bugün, 15:15 GÜNDƏM
-
İzmirdə fabrikdə partlayış: 3 nəfər ölüb, 10 nəfər dağıntılar altında qalıb
Bugün, 15:03 DÜNYA
-
Mingəçevirdə qazi bıçaqlandı
Bugün, 14:21 KRİMİNAL
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:30 CƏMİYYƏT
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Bugün, 11:04 GÜNDƏM
-
İlham Əliyev Kamboca Kralına məktubu ünvanlayıb -MƏTN
Bugün, 10:59 GÜNDƏM
-
"Ya da müharibəni, ya cəhənnəmi seçin" - İran XİN başçısından ABŞ-a açıq xəbərdarlıq
Bugün, 10:23 DÜNYA
-
Mehriban Əliyeva: "Qoy sonsuz qürur mənbəyimiz olan..." - FOTO
Bugün, 09:21 GÜNDƏM
-
"Mətbuata servis olunan bu foto adamın qanını qaraldır"
Bugün, 09:05 CƏMİYYƏT
-
İlham Əliyevdən paylaşm: "Eşq olsun Azərbaycan Bayrağına!” - VİDEO
Bugün, 00:05 GÜNDƏM
-
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bugün, 00:01 GÜNDƏM
-
Ərdoğan Azərbaycandan belə yola salındı - FOTOLAR
08.11.2026, 20:54 GÜNDƏM
-
Prezident və xanımı adından Ərdoğan və xanımının şərəfinə rəsmi ziyafət verilib - FOTOLAR
08.11.2026, 20:09 GÜNDƏM
-
Şahbuza mövsümün ilk qarı yağır - FOTOLAR
08.11.2026, 18:35 CƏMİYYƏT
-
Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunan konsert proqramı keçirlib - VİDEO
08.11.2026, 18:31 MƏDƏNİYYƏT
-
"HEÇ KİM ARAMIZA GİRƏ BİLMƏZ" - Ərdoğan Qarabağda Azərbaycan prezident ilə görüşdü, mühüm bəyanat və mesajlar verildi - VİDEO, FOTOLAR (Yenilənb)
08.11.2026, 18:30 GÜNDƏM
-
ƏLİYEVLƏ ƏRDOĞANIN ŞUŞA GÖRÜŞÜNƏ DAMĞA VURAN GÖRÜNTÜ... - FOTO
08.11.2026, 18:13 SİYASƏT
-
İlham Əliyevlə Ərdoğan Xocalı Soyqırımı və Şuşa qalası önündə - FOTOLAR
08.11.2026, 17:53 GÜNDƏM
-
Birinci xanımlar çay masasında söhbətləşdi - FOTOLAR
08.11.2026, 17:13 GÜNDƏM
-
Türkiyə dövləti Ağdamda məktəb tikir: "Gələn il İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik"
08.11.2026, 16:20 GÜNDƏM
-
Heydər Əliyev və xanımı Alyona Əliyeva Zəfər abidəsini ziyarət ediblər - FOTOLAR
08.11.2026, 16:14 GÜNDƏM
-
Ərdoğan: "İlham Əliyevin liderliyi ilə Azərbvaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi"
08.11.2026, 16:12 GÜNDƏM
-
ƏLİYEV VƏ ƏRDOĞAN AİLƏLƏRİ İLƏ BİR ARADA - FOTOLAR
08.11.2026, 15:20 GÜNDƏM
-
Ərdoğan Qarabağda: “Gözəl şeylər hiss edirik, hava da gözəldir” - VİDEO
08.11.2026, 14:27 GÜNDƏM
-
İlqar Tağıyev, Etibar Məmmədov və Seymur Seyidov... - Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır + VİDEO
08.11.2026, 14:18 CƏMİYYƏT
-
Azərbaycan Prezidentinin xalqa müraciəti: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm..." - VİDEO
08.11.2026, 12:00 GÜNDƏM
-
AZƏRBAYCANIN ZƏFƏRİ: TARİXİ DƏYİŞƏN 44 GÜN
08.11.2026, 11:50 SİYASƏT
-
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağıb
08.11.2026, 11:49 CƏMİYYƏT
-
Tokayev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib: "Azərbaycan BMT Nizamnaməsinin fundamental prinsiplərinə və..."
08.11.2026, 11:28 GÜNDƏM
-
"Əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də cəsur və qardaş..." - "Pakistan Azərbaycanı hər zaman dəstəkləyəcək"
08.11.2026, 09:52 GÜNDƏM